Səudiyyə kralı vətəndaşları döyən və söyən şahzadəni həbs etdirdi –Salman videoya baxandan sonra qərar verdi

Səudiyyə kralı vətəndaşları döyən və söyən şahzadəni həbs etdirdi –Salman videoya baxandan sonra qərar verdi Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz sosial şəbəkələrdə bir şahzadənin bir neçə adamı döydüyünü iddia edən görüntülərinin yayılmasından sonra onun həbs edilməsi barədə əmr verib.

Əl-İxbariya dövlət televiziyası Twitter-də bildirib ki, şahzadə Səud ibn Əbdüləziz ibn Musaid ibn Səud bin Əbdüləziz Əl Səud barədə həbs qərarı oxşar pozuntuların qarşısını almaq üçün verilib və şahzadə Ər-Riyad polisi tərəfindən saxlanılıb:

"Kral fərmanı ədalətsizliyə, özbaşınalığa, təqib və zərəri qadağan etmək məqsədilə verilib və bu, şəriətin ədalətli qaydasının mühafizəsidir", kanal tvitləyib.

Səudiyyənin maliyyələşdirdiyi “Əl-Ərəbiyyə” telekanalının verdiyi məlumata görə, həmin gün kralın başqa bir fərmanında vurğulanıb ki, videoda görüntülənən digər şəxslərə qarşı ölçü götürülmədən heç kim azadlığa buraxılmayacaq.

Sosial şəbəkələrdə Səudiyyənin kral ailəsini tənqid edən Ğanem əl-Düsəri iyulun 19-da redaktə etdiyi bir video paylaşıb. Bu videoda şahzadənin bir neçə nəfəri döydüyü və qadın və kişiləri söyüşlə təhqir etdiyi əks olunub. Video 2600 dəfə paylaşılıb. BBC News videonu müstəqil təsdiqləyə bilməyib.

Səudiyyə vətəndaşları və sakinlər bu hadisəyə sosial şəbəkələrdə iki həşteqlə reaksiya verib: #APrinceAttacksCitizens (#ŞahzadəSakinlərəHücumedir) haşteqi ötən gün 300 min, "Qətiyyəli Salman şahzadəni həbs edir" həşteqi isə təxminən 77 min dəfə istifadə olunub.



“Səudiyyə Sabq” xəbər saytının redaktor müavini Abdullah əl-Barqavi tvitterdə yazıb: "Səudiyyə Ərəbistanında qanun istisnasız olaraq hamıya tətbiq olunur. Onun qarşısında hüquqları ondan alınan kimi güclü zəif olur və veriləndə isə zəif güclü olur." Səudiyyəli teleaparıcı və aktyor Abdulkareem əl-Hərbi yazıb: "Qərarların sürəti sübut edir ki, kral bütün məsələlərdə xalqa yaxındır. Allah qətiyyət və əzmkarlığına görə Salmanı qorusun". (BBC)
Tarix: 21-07-2017, 16:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}