Türkiyə ABŞ-ın məxfi hərbi məlumatını niyə açıqlayıb?

Türkiyə ABŞ-ın məxfi hərbi məlumatını niyə açıqlayıb? "The Daily Mail" yazır ki, Türkiyə dövlət xəbər agentliyinin ABŞ-ın Suriyadakı hərbi postlarının yeri barədə məlumatları dərc etməsi Amerika qüvvələrini təhlükə altında qoyur.

Bununla əlaqədar ABŞ Türkiyə hökumətinə rəsmi şikayətini bildirib.

Anadolu xəbər agentliyi çərşənbə axşamı Suriyadakı 10-dək ABŞ hərbi məntəqələrinin yeri barədə məlumatları dərc edib. Bu məlumatlarda hətta bazadakı əsgərlərin sayı da göstərilib.

Pentaqonun sözçüsü Eric Pahon deyib ki, sözü gedən məlumatın açıqlanması koalisiya qüvvələrini lüzumsuz təhlükə qarşısında qoyur.

Pentaqon sözçüsü bildirib ki, informasiya sızmasının mənbəyi hələlik bilinməsə də, baş vermiş hadisəni NATO rəsmilərinin həssas informasiyanı bilərəkdən açması kimi qiymətləndirmək olar.

"The Mail" yazır ki, ABŞ və Türkiyə arasında münasibətlər indiyə qədər də kifayət qədər gərgin idi. Buna səbəb ABŞ-ın Suriyadakı kürd qüvvələrini dəstəkləməsidir.

ABŞ Suriya kürdlərinin YPG qüvvələrini silahla təchiz edir və bu qüvvələrin köməyi ilə özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın de facto paytaxtı Raqqanı azad etməyi düşünür.

Amerika ötən həftə bildirib ki, YPG qüvvələrinin silahlandırılmasına dair Obama administrasiyasının siyasəti davam etdiriləcək.

Bu bəyanatın Ankaranı bərk qəzəbləndirdiyi xəbər verilib.

Bundan başqa prezident Recep Tayyip Erdoğanın ABŞ-a səfəri zamanı onun təhlükəsizlik xidmətinin etirazçılara hücumundan sonra bir sıra prezident cangüdənlərinə qarşı cinayət işləri qaldırılıb. (BBC)
Tarix: 22-07-2017, 20:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}