İki Kreml və bir müqavilə:Moskva Tatarıstanın özəl səlahiyyətlərini yenidən tanıyacaqmı? – Təhlil

İki Kreml və bir müqavilə:Moskva Tatarıstanın özəl səlahiyyətlərini yenidən tanıyacaqmı? – Təhlil Dmitri Remizov

rosbalt.ru



Tatarıstanın federal mərkəzlə müqavilədə ifadə olunmuş özəl statusu Rüstəm Minnixanovun idarəçilik müddətinin uzadılması ilə əvəzlənə bilər. Köhnə müqavilənin vaxtı bitir və güman etmək olar ki, yeni müqavilə bağlanmayacaq.


Tezliklə, iyulun 24-də Rusiya Federasiyası dövlət hakimiyyəti orqanları ilə Tatarıstan Respublikası arasında görülən işlər və səlahiyyətlərin məhdudlaşdırılması haqda müqavilənin müddəti bitir.

İlk dəfə hələ Boris Yeltsinin dönəmində bağlanmış müqavilə 2007-ci ildə uzadılıb. Lakin indi məlumat meydana çıxıb ki, RF prezidenti administrasiyasında qət ediblər ki, bu müqavilənin müddətini uzatmağa ehtiyac yoxdur.

Köhnə müqavilənin vacibliyi ətrafında diskussiyalar Tatarıstandakı bank-maliyyə böhranı ilə üst-üstə düşüb: bir sıra böyük banklar lisenziydan məhrum olub. Deməli, Rusiya Bankı bu gün (dünən-tərc.) Kazanın “Sprut” Səhmdar kommersiya bankının bank əməliyyatları həyata keçirmək lisenziyasını geri çağırıb. Nəticədə respublikada minlərlə “aldadılmış əmanətçi” meydana çıxıb, bunların çoxu hüquqi şəxslərdir.

Şərhçilərdən kimsə güman edir ki, hazırda Tatarıstanda maliyyə sahəsində durum o cür deyil ki, respublika hökuməti federal mərkəzə zidd çıxsın. Başqaları sanırlar ki, federal mərkəz respublika hökumətinə basqı üçün bu durumdan da yararlanacaq.

Kazan Kremlinin Moskva Kremli ilə polemikada köhnə müqaviləni nə qədər israrla müdafiə edəcəyinə qiymətdə də ekspertlər razılaşmırlar: sonadək duruş gətirəcəkmi, statusun itirilməsi ilə barışacaqmı və yaxud onu hansısa başqa imtiyazlara dəyişəcək.

Publisist Aleksandr Nervzorov “Эхо Москвa”ya müsahibədə əminlik bildirib ki, federal hökumət müqavilənin uzadılmasının müzakirəsi faktını ortalığa çıxarmaqla səhv edib. Nevzorov deyib: “Bu əhvalat dərin müəmma və onun ümumiyyətlə, kiməsə nə üçün gərəkdiyi anlaşılmaz idi. Bu çətin durumda Kazan üçün bu ağrılı məsələ ümuimiyyətlə nəyə lazım idi, ümumiyyətlə, buna toxunmaq nəyə laızm idi? Artıq heç kimin yadına düşmürdü ki, belə bir müqavilə var. Barmağı dodağa qoyub onu sakitcə imzalamaq və heç olmasa, zahirən səlis həyatı sürdürmək lazım idi. Di gəl, Kreml burada da qarnıüstə dirəyin, daşın, iti tirin üstünə yıxılmağın yolunu tapır və bildiyiniz kimi, bu qalmaqal separatçılığın meydana çıxması təhlükəsini yada salır, xatırladır ki, Rusiyada bütün problemlərdən savayı hələ bu da var. Və bunlardan üzülüşməyin, hansısa şəkildə səpələyib sovurmağın da əhəmiyyəti yoxdur – xeyr, bunları var gücümüzlə şişirtməliyik, yəni Kreml yenə də olduqca və dedikcə müəmmalı təşkilatdır”.

Politoloq, Ali İqtisadiyyat Məktəbinin dosenti Aleksandr Kınyev “Rosbalt”ın müxbirinə bildirib ki, Tatarıstan hökuməti federal mərkəzlə səlahiyyətlərin məhdudlaşdırılması haqda müqaviləni hər üsulla müdafiə edəcək.

Onun fikrincə, Kazan bu müqaviləni hər hansı bir iqtisadi imtiyaza dəyişmək fikrində deyil.

Aleksandr Kınyev hesab edir: “Elə nəsnələr var ki, misilsizdir. Və bu ki iqtisadi deyil, sırf siyasi-rəmzi müqavilədir. Bu müqavilə ilə bölgənin özəl statusu vurğulanır. Bu cür status misilsizdir, onun birbaşa iqtisadi ekvivalenti yoxdur, onu nəsə başqa bir şeyə dəyişmək mümkünsüzdür”.

Lakin Moskva yekunda Kazann rəyinə məhəl qoymaya bilər. “Müqavilədən imtina üçün Tatarıstan hökumətinin heç bir motivi olmadığına baxmayaraq, istisna etmirəm ki, federal mərkəzin təbliğatı guya respublika hökumətinin müqaviləni uzatmaq istəmədiyi durumu təsvir edə bilər. Lakin bu, ən azı, yöndəmsiz görünəcək. Bu sanki kiçik zabitin özünü bıçaqlamış dul arvadıdır. Bu cür olmur”, – deyə Aleksandr Kınyev yekun vurub.

Politoloq Abbas Qallyamov hesab edir ki, federal mərkəz səlahiyyətlərin məhdudlaşdırılması haqda müqavilədən imtina etmək istəsə, Tatarıstan rəhbərliyi onunla dirəşə bilməz. Qallyamov əmindir: “Tatarıstanın indiki rəhbərliyi Kremllə mübahisə etmək iqtidarında deyil. Onun bacaracağı yeganə şey xahiş etməkdir. Kreml bu xahişləri dinləməsə, onda Tatarıstan boyun əyəcək”.

Politoloq sanır ki, eyni zamanda respublikanın “özəl” statusunun ləğvi Tatarıstanda indiki hakimiyyət opponentlərinə aşkar əl verəcək: “Əlbəttə, Rüstəm Minnixanovun opponentləri bundan yararlanacaq və əhaliyə çatdırmağa çalışacaqlar ki, o, Moskvaya güzəştə gedib. Onlar bunun bacarsalar, reytinqi güclü şəkildə düşəcək. Seçicilər bizim zəifliyimizi bağışlamırlar”, – deyə Qallyamov etiraf edir.

“Açıq Rusiya” hərəkatı sədr müavini İlya Novikov hesab edir ki, Tatarıstan hökuməti artıq sözügedən müqavilədən imtina etməyə hazırdır. O dəqiqləşdirir: “Səlahiyyətlərin məhdudlaşdırılması haqda müqavilənin uzadılması Tatarıstan üçün faktiki olaraq hansısa əlavə büdcə və ya iqtisadi imtiyazlar daşımır. Bu sahələrdəki münasibətlər artıq çoxdan federal qanunlarla yönəldilir. Müqavilə indiki görkəmində hər hansı məzmundan məhrumdur. Amma Müqavilə Tatarıstan hökuməti üçün özünü özəl hiss etmək imkanı verən eksklüziv status göstəricisidir. İndi federallara müqavilə güzəşti etmək əhalinin gözündə respublika rəhbərliyinin mövqeyini zəiflətmək deməkdir. Sonralar isə respublika aktivlərini yönəltməkdən məhrum olmaqdır”.

Lakin bu fonda Tatarıstan prezidenti Rüstəm Minnixanovun fəal hərəkətləri, müqaviləni müdafiə etmək cəhdləri qətiyyən gözə dəymir. Novikov deyir: “Bax, məsələn, Putin bu günlərdə çoxmillətli münasibətlər üzrə şuranın toplantısını keçirib. Elə görünürdü ki, bu, prezidentə yol açıb müqavilənin uzadılması haqda məsələ qaldıra bilmək meydançası idi. Lakin Minnixanov şuraya hətta gəlmədi də. Tatarıstan Dövlət Şurası deputatlarınınbir hissəsinin (100 deputatdan 26-nın) müqavilənin lazımlığına tribunadan qorxaq cəhdi parlamentin bu məsələnin həll edilməsində tamamilə maraqsız olduğunu göstərir. Mənim baxışımca, Tatarıstanda müqavilə uğrunda “savaş” həmişəlik uduzulub və yaxud 2020-ci ildə Minnixanovun səlahiyyət müddətinin birməsinə qədər xoşbəxt prezidentliyi ilə əvəzlənib”.

Novikovun zənninə görə, respublikada bank böhranının səbəbləri obyektivdir, lakin federal mərkəz durumdan öz maraqları üçün istifadə edərək alver predmetinə çevirir. İlya Novikov əmindir: “Banklar ona görə çökməyib ki, MB lisenziyanı geri çağırıb. Bu, artıq, nəticədir. 120 milyardlıq “dəlik” bank rəhbərliyinin fəaliyyətindən, Moskvanın müdaxiləsi olmadan yaranıb. Bu, əhalidə güclü hiddət və həmişə sakit Tatarıstanda kütləvi etirazlar doğurub . O cümlədən federal mərkəz Müqavilənin yenidən imzalanması məsələsində bundan istifadə edib”.

Çağdaş dövlət inkişafı İnstitutunun direktoru Dmitri Solonnikov da əmindir kii, Tatarıstan hökumətinin federal mərkəzlə səlahiyyətlərin məhdudlaşdırılması haqda Müqaviləsi keçmişə gedəcək. Solonnikov izah edir: “Tatarıstan səlahiyyətlərin məhdudlaşdırılması haqda “apara biləcəyiniz qədər suverenlik götürün” prinsipinin qüvvədə olduğu Yeltsin dönəminin mirası olan müqaviləsi qalmış federasiyann son subyektidir. Əvvvəllər bu cür müqavilələr 40-a yaxın idi, lakin 2000-ci illərin başlanğıcında federal mərkəzlə bütün bölgələr arasında münasibətlərin tarazlaşdırılması siyasəti başlandı. Və təkcə Tatarıstan bu müqavilə ilə qalıb, lakin onun məzmunu getdikcə ixtisar olunub. Eynilə indiyədək prezidenti olan yeganə respublika Tatarıstan kimi. Bu müqavilənin maraqlı tərəfi artıq yoxdur, Tatarıstana heç bir ciddi imkanlar təqdim etmir. Bu, xalis rəmzi kağızdır, amma Mintimer Şaymiyevlə bağlı olan köhnə elitalara əzizdir, yaddaş, federal mərkəzlə qarşılıqlı fəaliyyətdə hansısa keçmiş “qüdrət”in rəmzi kimi qiymətlidir”.

Ekspertin gümanına görə, Tatarıstan federal mərkəzlə münasibətdə “tənləşdiriləcək”. Bununla yanaşı, Moskva ilə Kazan arasında güzəştlər bundan ibarət olacaq ki, “keçmiş” sarıntısız və münaqişəsiz tarixə qovuşacaq.

Ekspert xülasə edir: “Köhnə müqavilənin qüvvəsi bitir və güman etmək olar ki, yenisi bağlanmayacaq. Yeni müqavilədən danışa, hətta hazırlaya da bilərlər. Amma bütün bunlar 2020-ci ilədək, yeni seçkilərə qədər çəkə bilər, amma sonra artıq onu heç kim imzalamayacaq. Və Tatarıstanın indiki prezidentinin səlahiyyət müddəti bitəndən sonra “prezident” vəzifəsinin adı da keçmişdə qalacaq, subyektin rəhbəri növbəti seçkilərdən sonra isə qalan hamısı kimi adlanacaq – respublika başçısı”.



Tərcümə Strateq.az-ındır.
Tarix: 23-07-2017, 00:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}