Google-a 100 milyon dollarlıq layihə satan türk

Google-a 100 milyon dollarlıq layihə satan türk Burak Göktürk 1976-cı ildə İstanbulda anadan olub. 1995-ci ildə universitetə imtahan verən zaman 1 milyon insan arasından 74-cü yerə çıxıb. 1999-cu ildə Boğaziçi universitetini biritib.

"Qaynarinfo" bizplus.az-a istinadən xəbər verir ki, üz tanıma və təqib etmə sahəsində patentlər alıb. 2000-ci ildə ABŞ-a Silikon Vadisinə gedib. Qısa bir müddət İnteldə çalışıb.

Stanford Universitetində süni zəka və vizual axtarış sistemləri üzərində çalışıb. 2004-cü ildəə iki dostu ilə birlikdə üz tanıma texnologiyaları sahəsində çalışan Riya.com-u yaradıb. Layihəyə 20 milyon dollardan çox yatırıb alıblar.

2006-cı ildə moda sahəsində çalışan vizual axtarış motoru Like.com-u yaradıb. Texnologiya sahəsində 30-ya yaxın akademik məqaləsi var və 14 fərqli patentə sahibdir.

2010-cu ildə Like.com layihəsi Google tərəfindən 100 milyon dollara satın alınıb.

Siam.az
Tarix: 23-07-2017, 09:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}