Tramp 3 ölkəyə qarşı sanksiyalara razılıq verib - Ağ Ev

Tramp 3 ölkəyə qarşı sanksiyalara razılıq verib - Ağ Ev ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaları dəstəkləyir.

Cebhe.info xəbər verir ki, bunu Ağ Evin mətbuat katibliyinin təmsilçisi Sara Sanders deyib.

Ağ Ev sözçüsününü bildirdiyinə görə, prezident artıq yeni sanksiyaların tətbiqinə dəstəyini ifadə edib: "Prezident sanksiyaları götürmək niyyətində deyil. Ancaq əmin olmaq istəyir ki, biz Amerika xalqı üçün yaxşı olanı edəcəyik".

Hazırda prezident ona təqdim edilən sənədlərlə tanış olur.

Söhbət İrana təzyiqləri artırmaq məqsədilə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsindən gedir.

Eyni zamanda Şimali Koreyaya qarşı tədbirlərin sərtləşdirilməsi nəzərdə tutulur.

Xəzər
Tarix: 25-07-2017, 11:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}