Türkiyədən Suriyaya uzanan yeraltı gizli tunel tapıldı –Detallar

Türkiyədən Suriyaya uzanan yeraltı gizli tunel tapıldı –Detallar Türkiyənin Mardin şəhərinin Nusaybin mahalından Suriya sərhədinə qədər uzanan tunel aşkar olunub.

Məlumatda tunelin Nusaybindəki qəbirstanlıqlardan birində tapıldığı bildirilib.

Qeyd edilir ki, PKK-çılar həmin ərazidə barrikadalar qazaraq hücumlardan müdafiə olunurdular. Sözügedən tunelin də kanalizasiya xəttinə bağlandığı və minalı əraziyə çıxdığı bildirilib.

Təhlükəsizlik qüvvələri tuneldən PKK-nın silah, sursat və narkotik daşınmasında istifadə etdiyi barədə məlumat yayıb/Axar.az.
Tarix: 26-07-2017, 07:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}