Saakaşviliyə qarşı rus-erməni işbirliyi

Saakaşviliyə qarşı rus-erməni işbirliyi Keçmiş prezidentin Ukrayna vətəndaşlığından məhrum olunmasını erməni nazir Avakov təşkil etdirib?

Xəbər verildiyi kimi, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilib. Bununla bağlı Ukrayna Miqrasiya xidməti qərar qəbul edib və qərar prezident Pyotr Poroşenko tərəfindən dəstəklənib.

Ukrayna Miqrasiya xidməti öz qərarını Saaaşvilinin guya vətəndaşlıqla bağlı doldurduğu anketdə haqqında cinayət işinin olmasını gizlətməsi ilə əsaslandırıb. Mixail Saakaşvili anketi doldurarkən göstərib ki, Ukraynada və ölkənin xaricində onun barəsində istintaq hərəkətləri aparılmır. Lakin məlum olub ki, həmin vaxt Saakaşvili Gürcüstanda qiyabi şəkildə həbs edilib.


İşin kökü isə Gürcüstanı demokratik islahatlara qovuşduran prezidentin hakimiyyət dövrünə gedib çıxır. Mixail Saakaşvili prezidentlik müddəti başa çatdıqdan sonra onun yeni hakimiyyət tərəfindən təqib ediləcəyi əvvəlcədən bəlli idi. 2014-cü ildə Gürcüstan prokurorluğu onu 2008-ci ildəki bir hadisə ilə bağlı ifadə verməyə çağırıb. Buna əsas olaraq Saakaşvilinin həmin il Daxili İşlər Nazirliyinin “Konstitusiya təhlükəszliyi departamenti”nin 4 əməkdaşını əfv etməsi olub. Həmin şəxslərin adı 2006-cı lilin yanvarın 23-də Sandro Qirgvliani adlı bank işçisinin öldrülməsində keçirmiş. Sonradan Gürcüstan prokurorluğu Qirgvlianinin ölümündə məhz Saakaşvilini ittiham etdi və onun haqqında cinayət işinə başladı. Bundan başqa, keçmiş prezident büdcə vəsaitlərinin talan edilməsində günahlandırıldı.

Həmin vaxt keçmiş prezident həyatına yaranan təhlükəni də nəzərə alaraq ABŞ-a köçməyə məcbur oldu. 2014-cü ildə isə Ukrayanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko Kiyevdə birlikdə təhsil aldığı keçmiş kurs yoldaşını ölkəsinə çalışmağa dəvət etdi. Əvvəlcə Gürcüstan vətəndaşlığını itirmək istəməyən Saakaşvili Poroşenkonun təklifini rədd etsə də, sonradan razılığını bildirdi. 2015-ci ildə Poroşenko ona həm Ukrayna vətəndaşlığı, həm də Odessa vilayətinin qubernatoru vəzifəsini verdi.

Burada Gürcüstanda olduğu kimi, isahatlar həyata keçirməyə çalışan Saakaşvili yerli mafioz strukturların güclü müqaviməti ilə üzləşdi. Elə həmin dövrdən bu strukturları himayə etdiyi söylənilən daxili işlər naziri, erməni əsilli Arsen Avakovla onun münasibətləri korlandı.
Hakimiyyət daxilindən gələn təzyiqlər qarşısında Saakaşvili istefa verdiyini və müxalifət partiyası yaratdığını elan etdi.

Siyasi ekspertlər buna görə Saakaşvilinin vətəndaşlığının ləğvi qərarının təkcə Poroşenko tərəfindən deyil, həm də Arsen Avakov tərəfindən verildiyini qeyd edirlər.

“Mütərəqqi siyasət fondu”nun direktoru Sergey Bondarenko da eyni düşüncədədir: “Bunlar qafqaz uşaqlarıdır, qafqazlılar isə düşmənlərini yaddaşlarında möhkəm saxlayırlar. Bu səbəbdən Avakov üçün Saakaşvilidən intiqam almaq prinsipial məsələyə çevrilmişdi”.

Bondarenko Poroşenkonun ilkin dövrdə Saakaşvilidən sadəcə alət kimi istifadə etdiyini düşündüyünü, sonradan isə onun xidmətində maraqlı olmadığını düşündüyünü bildirib.

Gürcüstanın keçmiş rəhbərinin bu cür formada Ukraynanın siyasi həyatından uzaqlaşdırılması müxalifətin qəzəbinə səbəb olub. “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko Mixail Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsini diktaturaya doğru atılan növbəti addım olaraq dəyərləndirib.

Keçmiş prezidentə yaxın Gürcüstan müxalifətindən də reaksiya özünü çox gözlətməyib.

“Biz Ukraynanın yeni “Yanukoviç”inin qərarına layiqli cavab vermək üçün bütün sağlam qüvvələri səfərbər edəcəyik”, - Gürcüstanın keçmiş baş prokurorunun müavini David Sakvarelidze bəyan edib.

Saakaşvilinin Gürcüstandakı “Vahid milli partiyası”ndan olan deputat Tinatin Bokuçava isə Ukrayna hakimiyyətinin beynəlxaq hüquq normalarını pozduğunu bildirib: “Bir şəxsi vətəndaşlığı olmayan vəziyyətə salmaq olmaz. Saakaşvilini Gürcüstandan getməyə məcbur edən səbəblər hamıya bəllidir. İndi o, faktiki olaraq heç bir ölkənin vətəndaşı olmayan duruma düşüb. Beynəlxaq hüquq isə buna yol vermir”.

“Vahid milli partiya”nın Levan Bejaşvili Poroşenkonun keçən həftə Gürcüstanda rəsmi səfərdə olduğunu xatırladaraq burada onun Gürcüstanın faktiki lideri Bidzina İvanişvili ilə görüşdüyünə diqqət çəkib:

“Məhz bu görüşdə Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi məsələsi həll olunub”.

Ekspertlər Bidzina İvanişvilinin Rusiyanın hakimiyyətinə də yaxınlığını nəzərə alaraq məsələdə Kremlin də əli ola biləcəyini dilə gətirirlər.

Musavat.com
Tarix: 27-07-2017, 13:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}