Putin ABŞ sanksiyalarına cavab vədi verdi

Putin ABŞ sanksiyalarına cavab vədi verdi Rusiya prezidenti Vladimir Putin Finlandiyanın Savolinna şәhәrindә Finlandiya prezidenti Sauli Ninisto ilә görüşü zamanı ABŞ Nümayәndәlәr Palatasının tәsdiqlәdiyi sanksiya qәrarına münasibәt bildirib.
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiyaya qarşı qәbul etdiyi yeni sanksiya hәmlәsini son dәrәcә mәnfi bir addım olaraq qiymәtlәndirib.

Putin bildirib ki, ABŞ daxilindәki anlaşılmazlıqlar sәbәbindәn Rusiya ilә münasibәtlәrini belә fәda etmәlәri üzücü bir vәziyyәtdir. İki ölkә birlikdә hәrәkәt edәrәk daha çox kritik problemlәrin öhdәsindәn gәlә bilәrdi.

ABŞ-ı sanksiyalardan istifadә edәrәk geopolitik vә iqtisadi üstünlük әldә etmәyә çalışmaqda ittiham edәn Putin bildirib ki, “yeni sanksiyalara qarşı cavabımızı Vaşinqtonun qiymәtlәndirmәsindәn sonra verәcәyik.” “Sanksiyalara qarşı sәbrli davranırıq, ancaq bu hörmәtsizliyә qarşı cavab vermәk mәcburiyyәtindә qalacağımız zaman da yaxınlaşır.”


Rusiya prezidenti Rusiyaya qarşı arqumentlәrin ABŞ-ın daxili siyasi mәsәlәlәrindә bir vasitә olaraq istifadә etdiyini bildirib. Putin iddia edib ki, “Rusiyaya qarşı olmaq ABŞ prezidenti Donald Tramp vә siyasi rәqiblәri arasındakı çәkişmәnin nәticәsidir.”

Qeyd edәk ki, ABŞ Nümayәndәlәr Palatasında qәbul edilәn yeni qanun layihәsi Rusiya, İran vә Şimali Koreyaya yeni sanksiyaların tәtbiqini nәzәrdә tutur. Sözügedәn sanksiyaların qüvvәyә minmәsi üçün üçün әvvәlcә Senatda qәbul edilmәlidir vә daha sonra Tramp tәsdiq etmәlidir.

Siam.az
Tarix: 28-07-2017, 06:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}