Norveç, İsveç, ABŞ, Niderland, Yaponiya, İrlandiya, Danimarka…- Qocalar üçün yaşamağa rahat ölkələr

Norveç, İsveç, ABŞ, Niderland, Yaponiya, İrlandiya, Danimarka…- Qocalar üçün yaşamağa rahat ölkələr ABŞ-ın Kolumbiya universitetinin alimləri qocaların yaşaması üçün ən yaxşı şərait olan ölkələrin reytinqini hazırlayıb.
Gununsesi.info-nun PRESSDAY.az-a istinadən verdiyi məlumata görə, reytinqi hazırlayanlar 5 əsas göstəricini nəzərə alıblar: təhlükəsizlik, səhiyyənin vəziyyəti, varlılarla kasıblar arasındakı iqtisadi fərqlilik, əmək ehtiyatlarının məhsuldarlığı və nəsillərin əlaqəsi.
Yaşlı insanların həyatı üçün ən yaxşı şəraiti olan ölkələrin ilk onluğu belədir:
Norveç, İsveç, ABŞ, Niderland, Yaponiya, İrlandiya, Danimarka, Almaniya, Finlandiya və İspaniya.
Reytinqdə cəmi 30 dövlət var. Keçmiş SSRİ respublikaları arasında bu siyahıya yalnız Estoniya (16-cı yer) düşüb.
Tarix: 28-07-2017, 07:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}