CIA proqramının sonu:ABŞ kəşfiyyatının Suriya cəbhəsindən kənarlaşması hansı nəticələr doğuracaq? - Təhlil

CIA proqramının sonu:ABŞ kəşfiyyatının Suriya cəbhəsindən kənarlaşması hansı nəticələr doğuracaq? - Təhlil Fehim Taştekin

“Al-Monitor”



Suriyanın müxalif xadimlərini hazırlamaq və təchiz etmək üçün gizli CIA (Mərkəzi Kəşfiyyat İdarəsi) proqramını ləğv etməsi ilə bağlı ABŞ prezidenti Donald Trampın son qərarı Suriyanın şimalında, o cümlədən İdlib zonasında Ankaranın genişlənmək planlarının sona çatdığına dair potensial ssenarini meydana gətirir.


Birləşmiş Ştatlar cənubi Suriya cəbhəsinə və kürd müttəfiqləri ilə əlaqələrinə daha çox diqqət yetirsə də, CIA-nın türk bazasından müttəfiq kəşfiyyat xidmətləri ilə birgə əməliyyatları bir çox cəhətə görə, çox vacib idi. Bu proqram CIA-ya seçmə müxalif döyüşçülər hazırlamaq və onları təchiz etmək, həmçinin Körfəz ölkələrindən pulla əldə edilən silah və avadanlıqların yayılmasında güclü imkanlar verirdi.

ABŞ qərarını keçən həftə açıqladı. “Washington Post” qəzetinin yazdığına görə, Tramp, CIA direktoru Mayk Pompeo və milli təhlükəsizlik məsləhətçisi H.R. MakMaster ilə görüşdükdən sonra CIA proqramını sona çatdırmaq barədə qərar qəbul edib – prezident Vladimir Putinlə iyulun 7-də Hamburqdakı görüşündən əvvəl.

Birləşmiş Ştatlar və Rusiya Suriyanın cənubunda, İordaniya sərhədi yaxınlığındakı hərbisizləşdirilən zonaya dair danışıqlarını yekunlaşdırdılar və bu müqavilə Hamburq sammitindən sonra CIA və Pentaqonun İordaniyadan Suriya prezidenti Bəşər Əsədin qarşı əməliyyatlarına son qoydu.

İordaniya mərkəzlərinin dublikatları olan Antakya və Qaziantep ortaq əməliyyat mərkəzləri Suriyanın şimalındakı bir çox hadisələrdə, xüsusilə 2015-ci ilin mart ayında İdlibin ələ keçirilməsində mühüm rol oynadı. Bu əməliyyatlardakı “otaqlar” CIA-nın Suriyadakı əməliyyatları əlaqələndirməsinə imkan yaratdı.

CIA proqramının ləğv edilməsi yeni bir prosesə gətirib çıxara bilər.

İndi İdlibin əksəriyyətinə nəzarət edən “əl-Qaidə” ilə əlaqəli olan “Həyat Təhrir əl-Şam” (HTS), habelə digər sələfi, “islamçı” və mötədil qruplar daha çox ərazi itirə bilər.

ABŞ, Türkiyə və Səudiyyə vəzifəliləri ortaq əməliyyat mərkəzlərində “əl-Qaidə” döyüşçülərinin İdlibdə güc qazandıqdan sonra sahədə vəziyyətin yaxşılaşdırılması üçün bəzi addımlar atmışdı. Ötən ilin sentyabrında müttəfiqlər üç qrupu – “əl-Firqat əl-Şimal”, “Liva Şukur əl-Cabel” və “Firqa 13”ü – “Azad İdlib Ordusu” adı ilə birləşdirdilər, hətta onları “TOW” tank əleyhinə raketlərlə təchiz etdilər. Amma bu yeni "ordu" güclü “islamçı” təşkilat şöhrəti qazana bilmədi. Fevral ayında ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyə kəşfiyyat xidmətləri yerli qrupların liderlərini çağırıb, birgə cəbhə yarada bilmədikləri təqdirdə, maaş, yüngül silahlar, döyüş sursatı və tank əleyhinə raketlər almayacaqlarını bildirdilər.

Ultimatumla qarşılaşan 17 təşkilat “Şimal Cəbhə Əməliyyatları Otağı” adı altında birləşdiklərini bəyan etdi.

Buna paralel olaraq Türkiyə, Ankarada Suriya milis liderləri ilə bir araya gələrək, “Ceyş Əl-Vatan” və “Ceyş Əl-Təhrir” adlanan orduları qurdu və “Fərat qalxanı” əməliyyatını İdlibə qədər çatdırdı, lakin son cəhdlər uğursuz oldu. İndi həmin qruplara yardımın azaldılması onları daha da zəiflədəcək.

Qərb və Körfəz ölkələrinin də dəstəklədiyi hərbi qruplar Qazaxıstanın Astana şəhərində sülh danışıqlarına qoşulmaq üçün daha çox təzyiqə məruz qala bilərlər. Hazırda İdlib cəbhəsində HTS sahə üzərindəki dayaqlarını möhkəmləndirir. İyulun 18-də “Əhrar Şam” və HTS arasında qarşıdurmalar başladı. Bir gün sonra HTS şəhərlərindən biri olan Saraqibdəki qəzəbli vətəndaşlar HTS-ni geri çəkməyə məcbur etdi, amma üç gündən sonra HTS İdlibdə nəzarəti tam ələ aldı.

Türkiyə, “Əhrar əl-Şam”a kömək etmək üçün İdlibə 150 muzdlu döyüşçü göndərmək məcburiyyətində qaldı.

Türkiyənin şimalda fəaliyyət göstərən qruplara dəstəyi əsasən Körfəz ölkələrindən maliyyələşdirmə ilə həyata keçirilir. Körfəz-Qətər böhranının şimal Suriya cəbhəsinə təsiri mütləq olacaq.

Səudiyyə Ərəbistanını Türkiyənin , Qətərə dəstəyi narahat edir, amma Türkiyənin Suriya şimalında onunla daha çox əməkdaşlıq etməsi gözlənilir.

Bu mənada Hələb və İdlibin 2015-ci ildə fəthlərin əsasən Səudlar tərəfindən dəstəklə mümkün olduğunu xatırlamaq məcburiyyətindəyik.

Körfəz qonşularının tətbiq etdiyi sanksiyalarla sıxılan Qətər təbii ki, Suriyanın şimaldakı qrupları dəstəkləməyəcək.

Trampın qərarını tənqid edənlər, CIA olmadığı təqdirdə, Türkiyə və Körfəz ölkələrinin radikal qrupları zenit qurğuları, xüsusilə də MANPADS (çiyindən atəş açan raketlər) ilə təmin edə bilər. CIA-nın iştirakı ilə bu qruplar bir sıra toxunulmazlıqlar əldə etmişdilər. İndi CIA bölgəni tərk edərkən, bu ölkələr yardım barədə ciddi-cəhdlə düşünməlidir.

CIA-nın oyundan çıxması da İdlib ilə bağlı Ankaranın əməliyyat planlarına təsir göstərə bilər. Ankarada HTS hökmranlığını sona çatdırmaq üçün “Əhrar əl-Şam”ə dayaqlanırdı, lakin Türkiyənin ümidləri yanlış idi. Bütün bu proseslər Türkiyəni HTS-lə birbaşa qarşıdurma halına gətirir, bu da Suriyanın şimalında təzyiq və şiddətin yeni təzahürüdür.



Tərcümə: Strateq.az
Tarix: 28-07-2017, 07:34
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}