Tramp Rusiyaya qarşı yeni sanksiyalar qanunun imzalayacaq

Tramp Rusiyaya qarşı yeni sanksiyalar qanunun imzalayacaq ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı əlavə sanksiyaların tətbıqini nəzərdə tutan qanuna imza atacaq. Bu barədə Ağ Evdən bildirilib.

“O qanunun son versiyası ilə tanış olub və öz qeydlərinin nəzərə alındığına görə onu dəstəkləyir və imzalamaq niyyətindədir”, – deyə Ağ Evin rəsmi nümayəndəsi Sarah Hukabe Sanders bildirib.

Qanun İran və Şimali Koreyaya qarşı da sanksiyaları nəzərdə tutur. Daha əvvəl onu ABŞ Konqresinin hər iki palatası təsdiq edib.


Bundan əvvəl ehtiyat edilirdi ki, Rusiya ilə əlaqələri tənzimləmək istədiyini deyən ABŞ prezidenti qanunu bloklamaq üçün veto hüququndan istifadə edə bilər.

ABŞ kəşfiyyat agentlikləri hesab edir ki, Rusiya seçkiləri Donald Trump-ın xeyrinə yönəltməyə cəhd edib və hazırda onun seçki qərargahı üzvlərinin Rusiya ilə əlaqələri araşdırılır.

Moskva ABŞ prezident seçkilərinə iddia edilən müdaxilə ilə bağlı məlumatları əsassız adlandırıb.

Cümə günü Rusiya sanksiyaların cavabsız qalmayacağı ilə bağlı xəbərdarlıq verib.

Moskva 1 sentyabra qədər ölkədəki ABŞ missiyalarında işləyənlərin sayını Amerikadakı rusiyalı diplomatik missiya əməkdaşlarının sayı qədər, yəni 455 nəfərədək azaltmağı tələb edib.
Tarix: 29-07-2017, 15:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}