Saakaşvili Poroşenkonun qərarından məhkəməyə şikayət edəcək

Saakaşvili Poroşenkonun qərarından məhkəməyə şikayət edəcək Ukrayna vətəndaşlığından başqa heç bir vətəndaşlığı olmayan Mixail Saakaşvilinin, barəsində verilən qərardan məhkəməyə şikayət edəcəyi bildirilir.

“Sputnik” xəbər verir ki, belə bir açıqlama ilə Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru M.Saakaşvilinin partiyası olan Yeni Qüvvələr Hərəkatı çıxış edib: "Qərar barədə İnzibati məhkəməyə müraciət edəcəyik. Orada alınmasa. Strasburqa üz tutacağıq. Vəkillər müvafiq sənədləri hazırlayırlar".

Yeni Qüvvələr Hərəkatı əvvəllər də bəyan etmişdi ki, Poroşenko həmin qərarı ilə Ukrayna qanunlarını və beynəlxalq qanunları pozub.

Xatırladaq ki, Ukrayna Dövlət Miqrasiya İdarəsi iyulun 26-da prezident Pyotr Poroşenkonun Mixail Saakaşvilinin ölkə vətəndaşlığından çıxarılması ilə bağlı sərəncam verdiyini bildirmişdi. Səbəb kimi isə vətəndaşlıq alarkən Saakaşvilinin anket məlumatlarında yalan informasiya verdiyi göstərilmişdi.
Tarix: 29-07-2017, 17:29
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}