Putin 755 ABŞ diplomatını ölkədən çıxarır

Putin 755 ABŞ diplomatını ölkədən çıxarır ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı Rusiyanı tərk etməli olacaq.
Bunu bu gün Rusiya prezidenti Vladimir Putin bəyan edib.


“ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı ölkəni tərk etməli olacaq. Beləliklə, Rusiyada fəaliyyət göstərən ABŞ diplomatlarının və texniki personalının sayı ABŞ-dakı Rusiya diplomatları və texniki personalının sayına uyğunlaşdırılacaq. Hər tərəfdən 455 nəfər”, deyə V.Putin bildirib.

“Rossiya-1” telekanalına müsahibəsində prezident qeyd edib ki,RF hətta bu çətin vəziyyətdə Birləşmiş Ştatlarla əməkdaşlığa ümid edir.


Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı bu həftə Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar haqqında qanun qəbul edib.
Tarix: 31-07-2017, 00:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}