Maykl Pens Rusiya ilə hansı dildə danışmağın yolunu gözəl bilir

Maykl Pens Rusiya ilə hansı dildə danışmağın yolunu gözəl bilir ABŞ vitse-prezidentinin Estoniya, Gürcüstan və Monteneqro turnesi bunu göstərir

Son zamanlarda Konqresin də təsiri ilə ABŞ prezidenti Donald Trampın Avropadakı müttəfiqlərinə yönəlik tonu bir qədər yumşalıb. Onun Polşada NATO-nun kollektiv müdafiəsi və 5-ci maddə ilə bağlı söylədikləri bunu göstərir.


Doğrudur, Trampın bu məsələdə səmimiyyətinə haqlı olaraq şübhə edənlər çoxdur. Bu səbəbdən ənənəvi müttəfiqləri sakitləşdirmək vəzifəsi vitse-prezident Maykl Pensin üzərinə düşüb.

Xəbər verildiyi kimi, dünəndən başlayaraq vitse-prezidentin Estoniya, Gürcüstan və Monteneqronu əhatə edəcək turnesi başlayıb.
“Məhz Pensin Avropaya göndərilməsi olduqca məntiqlidir. Düşünürəm ki, bu Dövlət Departamentinin ən doğru qərarıdır”, - Stenford universitetinin professoru Norman Neymark Almaniyanın Deutche Welle qəzetinə verdiyi müsahibədə bildirib.

Kanzas universitetindən Avrasiya təhlükəsizliyi üzrə mütəxəssis Mariya Omeliçevanın fikrincə, vitse-prezidentin səfərinin əsas məqsədi Amerikanın Avroatlantika təhlükəsizliyinə, NATO ittifaqına və kollektiv müdaifəyə sadiq qaldığını göstərməkdir. Çünki onun şefi uzun müddətdir ki Mərkəzi və Şərqi Avropanı təşviş içində saxlayır.

Maykl Pens Rusiya ilə hansı dildə danışmağın yolunu gözəl bilir

Qəzet siyasi keçmişi və stilinə görə Maykl Pensin Avropanı sakitləşdirmək missiyasına ən uyğun adam olduğunu bildirir.

Alman nəşri Pensin səfərinin Estoniya dayanacağının Rusiyanın sentyabr ayında başlayacaq “Qərb-2017” hərbi təlimlərinin Baltikyanı ölkələrdə yaratdığı qorxuya əlac olduğunu yazıb.

Qeyd olunur ki, hələ keçən ay NATO-nun baş katibi Yens Stoltenberq Moskvadan planlaşdırılan təlimlər barədə ətraflı informasiya verilməsini tələb etmişdi. Bundan başqa, o, NATO qüvvələrinin Şərqi Avropada döyüş hazırlığı vəziyyətinə gətirildiyini vurğulamışdı.

Maykl Pens Rusiya ilə hansı dildə danışmağın yolunu gözəl bilir

Pensin bu günkü Gürcüstan səfəri də Rusiyanın Cənubi Osetiyada keçirdiyi hərbi təlimlərdən sonraya təsadüf edir.

Tiflisdə vitse-prezident siyasi liderlərlə görüşəcək, habelə burada keçirilən çoxmillətli hərbi təlimləri izləyəcək.

Yazıda səfərin gürcülər üçün həyati önəm daşıdığı vurğulanır.

“Vitse –prezidentin Gürcüstanı ziyarət etməsinin ayrı səbəbləri də var. ABŞ hökuməti 2008-ci ildə Rusiya-Gürcüstan savaşında daha qərarlı şəkildə hərəkət etməli olduğunu indi anlayır”, - Mariya Omeliçeva qeyd edir.

Maykl Pens Rusiya ilə hansı dildə danışmağın yolunu gözəl bilir

Monteneqro isə yenicə NATO-ya üzv olan ölkədir. Maykl Pensin səfəri Podqoritsanın Qərbə doğru dönüşünü qətiləşdirə bilər. Siyasi ekspertlərin rəyinə görə, vitse-prezident Monteneqro səfərində həm də ayrı məqsədlə gəlib. Onlar Pensin buraya könül almağa gəldiyini düşünürlər.

“Öz-özümə fikirləşirəm ki, bəlkə bu NATO-nun sonuncu sammitində Donald Trampın jurnalistlər üçün fotosessiya zamanı Monteneqronun baş nazirini itələməsi ilə bağlıdır”, - Norman Neymark düşüncəsini dilə gətirib.

Maykl Pens Rusiya ilə hansı dildə danışmağın yolunu gözəl bilir

Hər halda ABŞ vitse-prezidentinin son səfərləri həm də Rusiya ilə gələcək toqquşma nöqtələrinin haradan keçdiyini göstərir.
Suriyadan fərqli olaraq Vaşinqton bu məsələyə başısoyuq yanaşmaq niyyətində deyil./Musavat/
Siam.az
Tarix: 31-07-2017, 10:46
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}