ABŞ tarixinin ən qanlı GÜLLƏBARANI: 50 ölü, 200 yaralı

ABŞ  tarixinin ən qanlı GÜLLƏBARANI: 50 ölü, 200 yaralı Las-Veqasda konsert zamanı tamaşaçılara atəş açılması nəticəsində ölü sayı 50-yə yüksəlib.

Cebhe.info xəbər verir ki, 200-dən artıq şəxs hadisə nəticəsində yaralanıb.


CNN Nevada ştatının polis rəisi Cozef Lombardoya istinadən bildirir ki, hadisəni 64 yaşlı Stiven Peddok törədib.

O, xüsusi təyinatlılar tərəfindən vurularaq öldürülüb. "Mandalay bay" hotelinin 32-ci mərtəbəsindən aşağıya, konsertə toplaşan tamaşaçılara atəş açan şəxsin məqsədi bəlli deyil.

Bu hadisə ABŞ tarixində ilk kütləvi güllələnmə hesab edilir.
Bundan əvvəl, 12 iyun 2016-cı ildə “Pulse” gey klubda baş verən hadisədə 50 nəfər ölmüş, 53 nəfər yaralanmışdı. Hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürmüşdü.

Xəzər
Tarix: 2-10-2017, 16:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}