Kürdüstan İraqdan ayrılarsa, Türkiyənin Mosul ilə Kərkükə daxil olmaq hüququ var

Kürdüstan İraqdan ayrılarsa, Türkiyənin Mosul ilə Kərkükə daxil olmaq hüququ var Hurriyyet.org xəbər verir ki, Türkiyə Cumhuriyyətinin qurucusu dahi lider Mustafa Kamal Atatürkün 90 il bundan əvvəl irəli sürüb imzaladığı, 1926-cı il, iyunun 7-də İraq ilə bağlanan Ankara andlaşması müqaviləsinə görə, İraq dövlətinin ərazi bütövlüyünü itirdiyi təqdirdə, Türkiyə dövləti avtomatik olaraq, Mosul və Kərkük üzərində sahiblik hüququna malik olur. Kürdüstan rəsmi şəkildə qurulacağı təqdirdə, Türkiyə Mosul və Kərkükə daxil ola biləcək və beynəlxalq hüquqa görə, BMT buna etiraz edə bilməyəcək.
Həmçinin, 1921-ci ilin Moskva müqaviləsinə əsasən, Naxçıvan Muxtar Respublikasının da Azərbaycandan alınmasına cəhd göstərən hər hansı bir qüvvə də qarşısında Türkiyəni görəcəkdir. O səbəbdən Rusiyanın dəstəklədiyi Ermənistan Naxçıvana yaxın düşməyə cürət etmir.
Moskva müqaviləsi
MADDƏ 3
Razılığa gələn hər iki tərəf bu müqavilənin I (C) əlavəsində göstərilən sərhədlərin içərisində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar, o şərtlə ki, Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir.

Moskva, 16 mart 1921-ci il
Siam.az
Tarix: 3-10-2017, 15:29
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}