Türk mediası ABŞ-ın məşhur beyin mərkəzini “vurdu”:"ÇEVRİLİŞDƏ ƏLİ OLAN "STRATFOR"un TÜRKİYƏ AYAĞI İFŞA EDİLMƏLİDİR"

Türk mediası ABŞ-ın məşhur beyin mərkəzini “vurdu”:"ÇEVRİLİŞDƏ ƏLİ OLAN "STRATFOR"un TÜRKİYƏ AYAĞI İFŞA EDİLMƏLİDİR" Bülent Orakoğlu

“Yeni Şafak”, Türkiyə, 02 oktyabr 2017-ci il



"Türkiyə ilə ABŞ müharibə edə bilər"… Bu iddianın, daha doğrusu, kəhanətin sahibi “kölgə MKİ” olaraq məşhurlaşan “Stratfor”un sahibi, strateq Corc Fridmandır. Analiz tarixi isə 2009-cu ildir. FETO-nun MHP və CHP başda olmaqla, siyasi mexanizmləri dizayn etdiyi illərdir.


Fridman analizində önümüzdəki yüz ilin sonlarında Çin və Rusiya kimi ölkələrin geriləyib, yerlərini Türkiyə, Yaponiya, Meksika və Polşa kimi “yeni dünya gücləri”nə buraxacağını proqnozlaşdırır. Fridmana görə, önümüzdəki yüzilliyin sonlarına doğru çıxa biləcək müharibə ABŞ ilə Türkiyə-Yaponiya ittifaqı arasında olacaq: "…Müharibəni ABŞ uduzacaq. Ancaq əsrin sonlarına qədər başlıca suveren güc olmağa davam edəcəkdir”.

2009-cu ildə Türkiyəni “yeni dünya gücləri” arasında göstərən “Stratfor”un bu dəfə – 15 iyul (2016-cı il- tərc.) hərbi çevriliş cəhdinin kritik anlarında prezident Ərdoğanı hədəf alan təbliğat dil və metodlarını istifadə edərək, çevrilişçilərə açıq dəstək verməsi diqqətləri bu özəl görünüşlü, Mossad, NATO və Pentaqon dəstəkli kəşfiyyat qurumuna çevirmişdi.

Ona görə ki, çevriliş cəhdinin davam etdiyi kritik bir zamanda prezident Ərdoğanın təyyarəsinin koordinatlarını çox sürətli bir şəkildə necə müəyyən etdiklərini, bu imkan və qabiliyyətə necə sahib olduqlarını açıqlaya bilməmələri, onların çevrilişi təşviq edən arxa plandakı güclərlə əlaqələrini üzə çıxaran bir dəlil olaraq qarşımızda durur. Prezident Ərdoğanın təyyarəsinin havada və yerə enişdə olarkən, mövqeyinə aid məlumatları üç dəfə twett ataraq, sosial mediada deşifrə etmələri sui-qəsd üçün onu axtaran FETO-çu hərbçilərə xəbər verərək, yaxalatma məqsədi daşıdığını açıq bir şəkildə ortaya qoyur. Üstəlik, 15 iyul çevriliş cəhdinin, guya, uğurlu olması haqqında bir sıra bulvar xəbər və şərhlərini sosial mediada paylaşaraq, türk milləti ilə dövlətinin arasını vurmağa, birlik və bərabərliyini pozmağa yönəlik PR fəaliyyətləri də tamamilə ortaya çıxmış vəziyyətdədir. Prezident Ərdoğanın “Almaniyadan sığınma haqqı istəməsi” yalanı misalında olduğu kimi.

“Stratfor” dünya üzrə 175-dən artıq ölkəyə dair analizlər verir. Onun öz analizlərini ictimaiyyətə açıq mənbələrə istinad edərək hazırlaması yönündəki bəyanatı "Wikileaks" sənədlərilə yalanlanmış və boşa çıxarılmışdır. "Wikileaks" “Stratfor”un analizlərini dünyanın müxtəlif regionlarındakı müxtəlif dilləri yaxşı bilən, ingilis dilinə hakim olan “casuslar”a yazdırdığını ortaya çıxarmışdır.

“Stratfor”un 15 iyul çevrilişindəki rolu, arxa planda qalıb çevrilişi qızışdıranlar və çevrilişdə faktiki olaraq iştirak edən Türkiyə Silahlı Qüvvələri içindəki FETO-çular ilə əlaqə və koordinasiyanı təmin edən bir ünsür olması baxımından əhəmiyyətlidir. Bu yazını qələmə alarkən apardığım araşdırmalarda 15 iyul ilə bağlı bütün Türkiyə üzrə hazırlanan iddianamələrin heç birində “Stratfor”u müttəhim və ya şübhəli qismində göstərən bir iddianaməyə rast gəlmədim. “Stratfor” 175-dən çox ölkədə casuslardan istifadə edəcək, ancaq onların içində FETO-çular olmayacaq? MKİ, Pentaqon və NATO-ya könüllü olaraq casusluq edən xəyanət şəbəkəsi olan FETO ilə eyni mərkəzə xidmət edən “Stratfor”un 2009-cu ildə Türkiyə haqqındakı təriflərinin FETO-nun fəaliyyətini ört-basdır etmək və kəşfiyyat qurumlarımıza “sızmaq” məqsədilə edildiyini düşünürəm. “Stratfor”un 2012-ci ildəki MİT, 17-25 dekabrdakı məhkəmə və polis çevrilişində rolunun olmaması mümkün deyildir. Ancaq bu mövzuda mediaya verilən hər hansı bir rəsmi və ya qeyri-rəsmi məlumat yoxdur.

ABŞ-da “Stratfor”un analizlərini satın alan rəsmi qurumlar arasında XİN, Pentaqon, Milli Kəşfiyyat Şurası və Daxili Təhlükəsizlik Nazirliyinin olması qurulan dəzgahın böyüklüyünü də ortaya çıxardır. “Kölgə MKİ” adlandırılan “Stratfor” ya hazırladığı raportlarla ABŞ-ın dərin və rəsmi qurumlarına yön verən nəhəng bir quruluşdur, ya da ABŞ-ın yuxarıda adını çəkdiyimiz kəşfiyyat və təhlükəsizlik qurumları işə yaramaz quruluşlardır!

“Stratfor”un analizlər təklif etdiyi 175-dən artıq ölkə ilə FETO-nun ABŞ-ın yeniçəriləri olaraq, fəaliyyət göstərdiyi 170-dən artıq ölkə bir-birilə əlaqəli ölkələrdirmi, eyni ölkələrdirmi? “Stratfor”un Türkiyə ayağının ifşa edilməsi bəlkə də NATO müttəfiqlərimizin Türkiyə üzərində oynamağa çalışdıqları yeni xəritələri, ikinci Saykes-Picot-u deşifrə edəcəkdir.

Tərcümə Strateq.az-ındır
Tarix: 3-10-2017, 21:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}