"Trampın Ərdoğana zəng etməyə cürəti çatmadı"

"Trampın Ərdoğana zəng etməyə cürəti çatmadı" "Qüds məsələsində Türkiyənin mövqeyi dəyişilməz olaraq qalacaq. Biz heç vaxt Qüdsün İsrailin paytaxtı kimi tanınmasını qəbul etməyəcəyik".

Azvision.az xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım parlamentdə çıxışı zamanı deyib.

Baş nazir Qüdsü İsrailin paytaxtı kimi tanımasına görə ABŞ prezidenti Donald Trampı sərt tənqid edib. Bildirib ki, Tramp bu məsələ ilə bağlı Türkiyə prezidentinə zəng etməyib.

"Prezidentimizin mövqeyi bəllidir. Trampın cənab Ərdoğana zəng etməyə cürəti çatmadı. Biz günlərdir dünyanı bu məsələyə görə hərəkətə gətirməyə çalışırıq. Rusiya prezidenti Vladimir Putinin Türkiyədə olması təsadüfi deyil. Bundan əlavə İslam Əməkdaşlıq Təşkilatının toplantısı keçiriləcək. Biz sonadək mövqeyimizi qoruyacağıq", - deyə B.Yıldırım qeyd edib.
Tarix: 12-12-2017, 08:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}