İş yoldaşları xərçəngə tutulmuş oğluna baxa bilsin deyə onun əvəzinə 3300 saat işləyiblər


Bir alman şirkətində işçilər 3,300 saat iş vaxtını oğlu leykoz xəstəliyinə tutulmuş işçiyə ianə ediblər ki, ata xəstə uşağına baxa bilsin.

Hesse şəhərində dizayn şirkə tində quraşdırıcı işləyən tək ata Andreas Graff təxminən bir ilədək xəstə uşağına görə işə çıxa bilməyib.

Onun 4 yaşlı oğlu Julius adlı oğluna xərçəng xəstəliyi diaqnozu qoyulduqdan sonra 700-dən çox həmkarı şirkət rəhbərinin çağırışına səs verdi.

“Mənə dəstək verilməsəydi, işsiz qalacaqdım,” – Andreas Graff yerli Oberhessische Presse qəzetinə bildirib.

2017-ci ildə Julius-da leykoz (qan hüceyrələrinin xərçəngi) tapılanda Andreas Graff dərhal mümkün olan bütün məzuniyyət günlərini götürüb istifadə etdi.

Ata deyir ki, o zaman üç yaşı olan oğlunun müalicəsinin ilk doqquz həftəsi müddətində uşağın yataqda qalması tələb olunurdu və Andreas Graff hospitalda uzun müddət necə qalacağını bilmirdi.

36 yaşlı Andreas Graff bütün mümkün olan məzuniyyət günlərini istifadə etdikdən sonra işini itirmək təhlükəsindən qorxurdu.

Lakin işlədiyi şirkətin İnsan Resursları meneceri köməyə gəldi.

Seidel və bu şirkətin tabeçiliyində olan, Almaniyanın mərkəzindəki Fronhausen şəhərində yerləşən Carus şirkəti rəhbərliyinin və həmkarlar ittifaqının dəstəyi ilə Pia Meier işçilərə iş saatlarının ianə edilməsi barədə çağırış etdi.

“İşçilərimizin reaksiyası inanılmaz idi”, – Pia Meier Oberhessische Presse qəzetinə müsahibəsində bildirib.

Çağırış ediləndən iki həftə sonra ümumilikdə 3,264.5 saat toplandı.

“Bu məsələ ilə bağlı özünü kənara çəkən olmadı”, – Pia Meier deyib.

Bu təşəbbüs nəticəsində Andreas Graff bir ildən də çox müddət ərzində xəstə uşağına baxmaq imkanı qazanıb.

Hospitalda uşağı 9 ay müalicə olunduqdan sonra, Andreas onu evə gətirməyə hazırlaşanda ailəyə yeni zərbə dəyir – Andreas Graff-ın həyat yoldaşı və Julius-un anası ürəktutmadan ölür.

Hessenschau.de saytının yazdığına görə, tək ata qalmış Andreas Graff gələcəyə pozitiv baxmağa çalışır.

Fevral ayında beş yaşı olacaq Julius-un müalicəsi evində davam etdirilir.

Julius oğlunun enerjili olduğunu deyir və onu uşaq bağçasına verməyi, özünün isə tədricən işə qayıtmasını planlaşdırır. (BBC azeri)
Tarix: 8-02-2018, 21:52
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}