Rəsmi Moskva ABŞ-a meydan oxudu:"İstədyimiz əraziyə yeni sistemlər yerləşdirəcəyik"


Rusiyanın Kalinqrad vilayətinə yeni "İsgəndər" reketləri yerləşdirməsi Vaşinqtonu narahat edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Mişel Kalinqrada yerləşdirilən "S-400" və daha güclü "S-500" raket komplekslərinin iki dövlət arasında ikitərəfli müqaviləyə zidd olmadığını, lakin bunun Avropaya təhdid olduğunu deyib: "Rusiyanın bu addımı qonşu ölkələrlə böhranı artıracaq".

Rusiya Dövlət Dumasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Yuri Svıtkin isə ABŞ-ın mövqeyinə sərt reaksiya verib: "Rusiya vacib bildiyi bölgələrə silah yerləşdirməyə davam edəcək. "İsgəndər" raket sistemləri bizim dövlətimizin və müttəfiqlərimizin maraqlarını qoruyur. Biz bu və buna bənzər raketlərlə sərhədlərimizi gücləndirəcəyik".

Svıtkin bəyan edib ki, ABŞ Rusiyanın sərhədlərində yeni raket sistemləri və hərbi bazalar qurmaqla, balansı pozub: "Ona görə Rusiya pozulmuş balansı bərpa etmək məcburiyyətindədir. Əlavə olaraq, deyim ki, Rusiya təhlükəsizliyinə təhdid olan istədyi əraziyə yeni raket sistemləri yerləşdirəcək".
Tarix: 11-02-2018, 15:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}