Kremldən oliqarxlara dəstək: Putin onlara arxalanır


Rusiya prezidenti Vladimir Putin ölkədəki böyük biznes şirkətlərinin rəhbərləri ilə görüşüb.Onların arasında adları ABŞ-ın “Kreml hesabatı” adlanan sanksiyalar siyahısına düşən oliqarxlar da olub.Müzakirələr bağlı qapılar arxasında keçirilib və əsas təfərrüatları açıqlanmır.“Sizə irəliləməyə mane olan nə varsa, aradan qaldırılacaq”-deyən V.Putin oliqarxlara dövlət dəstəyini ifadə edib.

“ABŞ-ın sanksiyalar paketi tezliklə onların özlərini təngə gətirəcək. “Kreml dosye”sinin müəllifləri özlərinin heç vaxt sanksiyalara məruz qalmayacağı ilə qürrələnirlər”-dövlət başçısı belə deyib.Rusiyanın maliyyə naziri Anton Siluanov görüşün sanksiyalarala bağlı olduğunu bildirsə də müzakirələrin konkret predmetinin olmadığını söyləyib.Rusiya Federal Şurasının sədri Aleksandr Kudrin isə fərqli açıqlama verib. O, bildirib ki, ABŞ-ın yanvar ayının sonunda qəbul etdiyi sanksiyalar artıq Rusiya şirkətlərinin fəaliyyətinə təsir göstərməyə başlayıb. “Sözsüz ki, bu həm də adları siyahıya daxil edilmiş şirkətlərə də təsir göstərir.Artıq şirkətlər Qərbdəki banklar və tərəfdaşları tərəfindən nəzarətə götürülüb.Bu adi sanksiyalar deyil və gələcəkdə təsirləri daha güclü olacaq.Amma hər halda əsas amillər, əlbəttə, bizim öz təşkilatçılığımızdan və ölkəmizin daxili qaydalarını qorumağımızdan asılıdır.Bu itkilərin xarici bazardakı imkanlarımız hesabına ödənilməsini istərdim”-Kudrin belə deyib. Sabiq maliyyə naziri onu da vurğulayıb ki, indiki sanksiyalarla irəli getmək mümkün deyil:

Kremldən oliqarxlara dəstək: Putin onlara arxalanır

“Hazırda bunu demək çətindir.Ümid edirəm ki, bu siyahı onun mənfi nəticələrini əhəmiyyətli dərəcədə artırmayacaq.Amma ümid edirəm ki, yeni sanksiyalar böyük gərginliyə səbəb olmayacaq”. Xatırladaq ki, “Kreml hesabatı”na Rusiyanın maliyyə imkanları 1 milyard dollardan artıq olan 96 nəfər iş adamı, 210 yüksək vəzifəli və şəxslər və dövlət şirkətlərinin adları daxil edilib.

Müşfiq Abdulla
Tarix: 11-02-2018, 15:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}