Saakaşvili meydan oxudu: “Gürcüstan və Ukraynaya qayıdacam və …”

Saakaşvili meydan oxudu: “Gürcüstan və Ukraynaya qayıdacam və …” Ukraynadan Polşaya deportasiya edilən Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili həm Ukrayna, həmdə Gürcüstana qayıtmaq niyyətində olduğunu bəyan edib.
Bu barədə Mixail Saakaşvili “Rustavi-2” telekanalına müsahibəsində bildirib.

“Mən Ukraynaya qayıdacağam, çünki mənim orada yaşamaq üçün legitim hüququm var. Mən həm də Gürcüstana qayıdacağam. Oliqarxik idarəçilik tezliklə başa çatacaq”, – deyə Saakaşvili telekanala bildirib. Onun sözlərinə görə, hazırkı şəraitdə hər iki ölkəyə qayıdıb vəziyyəti dəyişmək gərəkdir, – deyə M.Saakaşvili qeyd edib.
Xatırladaq ki, fevralın 12-də Ukrayna Dövlət Sərhədi Mixail Saakaşvilini Ukraynadan Polşaya göndərib.
Tarix: 14-02-2018, 08:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}