İran bu məsafəyə qədər zərbə endirə bilir - ABŞ kəşfiyyatı

İran Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına sahibdir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Milli Kəşfiyyatının direktoru Deniel Kouts Senatın kəşfiyyat üzrə xüsusi komitəsindəki dinləmələrdə çıxışı zamanı söyləyib.

“İran Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına sahibdir və 2 min kilometr məsafədəki bütün hədəflərə zərbə endirə bilər. Tehranın bu cür hərbi potensialı ABŞ üçün təhdid kəsb edir. İran hələ də özünün silah sistemini təkmilləşdirməyə davam edir və bununla da ABŞ və müttəfiqlərinin hərbi obyektlərini hədəfdə saxlayır. Rusiyanın 2016-cı ildə İrana S-300-ləri verməsi onun hava hücumundan müdafiə sisteminin daha da təkmilləşməsinə səbəb oldu.

İran öz təsir dairəsini İraq, Suriya və Yəməndə genişləndirməyə çalışacaq. O, həmçinin, İŞİD-lə mübarizədən öz tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi üçün istifadə edəcək.

İranda mərkəzçilərlə sərt siyasət xəttinin tərəfdarları daha çox konfliktə girəcək. Onların hər biri ölkənin gələcəyini fərqli görür. Bu toqquşma İranın öz davranışını dəyişməsi baxımından əsas faktor olacaq”, – deyə o bildirib.
Tarix: 14-02-2018, 09:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}