Dağıstanda silahlı hücum nəticəsində ölənlərin sayı artıb -YENİLƏNİB

Dağıstanda silahlı hücum nəticəsində ölənlərin sayı artıb -YENİLƏNİB Bu gün naməlum şəxs Dağıstanda karnaval zamanı kütləni atəşə tutub.



APA-nın məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.



Hadisə Kizlyar şəhərində baş verib. Silahlı şəxs bayram karnavalında insanlara atəş açıb. Nəticədə 4 nəfər ölüb, 4 nəfər də yaralanıb. Cinayətkar hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb.



***



Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramı zamanı baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.



APA-nın verdiyi xəbərə görə, bu barədə RİA Novosti agentliyinə şəhər administrasiyası mətbuat xidmətinin rəhbəri bildirib.



“Xəstəxanada daha bir qadın keçinib. Beləliklə, ölənlərin sayı 5 nəfərə çatıb”, deyə o bildirib.
Tarix: 18-02-2018, 21:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}