“Paşinyan Bako Saakyanı aradan götürmək istəyir” - Rus politoloqdan şok iddia...







“Ermənistanın  hazırkı  Baş naziri  Dağlıq Qarabağ lideri Bako Saakyanı aradan götürmək istəyir”. 

Moderator.az xəbər verir ki, bu sözləri işğalçı ölkənin nəşrlərindən birinə açıqlamasında M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya Siyasəti fakültəsi Beynəlxalq Təhlükəsizlik kafedrasının dosenti, politoloq Aleksey Fenenko söyləyib. 

O hesab edir ki, Dağlıq Qarabağdakı etirazlar məhz Ermənistanda hakimiyyətə gəlmiş yeni rəhbərlik tərəfindən təşkil edilir ki, bundan da məqsəd Qarabağda köhnə Ermənistan rejiminin tərəfdarlarını yeni fiqurlarla əvəzləməkdir. “Paşinyan Bako Saakyanı aradan götürmək istəyir ki, Ermənistanda hakimiyyətdən devrilmiş Serj Sarkisyan revanş etmək  üçün Dağlıq Qarabağdan baza kimi yararlana bilməsin”, - deyə A.Fenenko  bildirib.

Sultan Laçın
Tarix: 14-06-2018, 16:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}