Vaşinqton Ər-Riyada “S-400” kompleksləri almamağı tövsiyə edib


Səudiyyə Ərəbistanı və ABŞ-ın digər müttəfiqləri tətbiq olunmuş sanksiyaları pozmamaq üçün Rusiyaya məxsus “S-400” raket qurğularını və digər hərbi avadanlıqları almamalıdır.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Konqresdə dinləmələr zamanı ABŞ dövlət katibinin köməkçisi postuna namizəd Devid Şenker bildirib.

 

“Mən Səudiyyə Ərəbistanından bunu etməməyə çağırıram”, - deyə D.Şenker bildirib

 

Qeyd edək ki, Rusiya istehsalı olan “S-400” zenit-raket qurğularının Səudiyyə Ərəbistanı tərəfindən alınmasına dair saziş 2017-ci ildə əldə olunub.

Tarix: 15-06-2018, 15:19
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}