Liberman: "İran sərhədimizdən çəkilib, indi isə..."


İsrail-Suriya sərhədində nə Hizbullah, nə də İran qoşunları var.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail Müdafiə naziri Aviqdor Liberman deyib.

“Suriyanın cənubunda hansısa konsultantlar yerləşə bilərlər, amma Suriya ordusunun formasını geyinən heç bir İran əsgəri yoxdur. Bununla belə biz İranın Suriyadan tam çıxmasını istəyirik.

Suriya sərhədinə Rusiyanın Pantsir sistemlərinin gətirilməsinə gəlincə isə, biz bunun öhdəsindən necə gələcəyimizi bilirik. Ümid edirik ki, Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinə zərbə endirməyimizə ehtiyac yaranmayacaq” – deyə o bildirib.

Tarix: 15-06-2018, 23:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}