TRAMPIN KOMANDASINDA İLK HƏBS:10 milyonluq zaminlik ləğv olundu, Manafort həbsxanaya göndərildi



ABŞ hakimi prezident Donald Trampın seçki kampaniyasının başçısı olmuş Paul Manafortun zaminliyini ləğv edib.

Beləliklə, Manafort məhkəmə öncəsi həbsxanaya göndərilib. Manaforta qarşı ittiham Trampın yaxın çevrəsinin Rusiya hökuməti ilə mümkün bağlarını araşdıran xüsusi prokuror Robert Müller tərəfindən irəli sürülüb.

ABŞ sahə hakimi Ami Berman Cekson  iyunun 15-də Vaşintonda keçirilən dinləmədə Manafortun 10 milyon dollarlıq zaminliyini ləğv edib. Hakim bildirib ki, müttəhimin şahid ifadələrinə təsir göstərməyə çalışdığına dair ehtimallar var. Bundan əvvəl, iyunun 15-də 69 yaşlı Manafort dinləmə zamanı ittihamları qəbul etmədiyini bildirib.

Manafort xüsusi prokuror Müller tərəfindən irəli sürülmüş iki ittiham üzrə iki məhkəməyədək zaminə buraxılmışdı. Manafort bank fırıldağı, xarici agent kimi qeydiyyatdan yayınma və çirkli pulların yuyulmasında ittiham edilir.

Müller iyunun 4-də iddia etmişdi ki, Manafort zamində olduğu müddətdə onunla birlikdə moskvayönlü Ukrayna prezidenti Viktor Yanukoviçlə işləmiş iki Avropa siyasətçisi ilə kommunikasiyaya daxil olub. Məhkəmə sənədlərində deyilir ki, FTB-nin məlumatları Manafortun potensial şahidlərə təsir etməyə çalışdığını göstərir/Azadlıq radiosu

Tarix: 16-06-2018, 21:26
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}