Gülənin "Qladio casusu" olması barədə müdhiş - Fakt

 FETÖ lideri Fətullah Gülənin Qladio casusu olduğu iddia edilib.
Axar.az xəbər verir ki, bu barədə araşdırmaçı-yazar İsmayıl Nacarın kitabında bildirilib.
“1965-69 illər aralığında Daxili İşlər naziri olan, solçuların “güclü xəfiyyə” adlandırdığı Faruk Sükanla 1973-cü ildə “Yeni Atılım” dərgisini çıxardığım vaxtlarda tanış oldum. O illərdə Fətullah Gülənin adını tez-tez eşitməyə başlamışdıq. Güləni 71-ci ildə həbs elədilər. Bir neçə ay həbsdə saxladılar. “Komandos düşərgəsi yaradıb” dedilər. Mən o zaman tələbə idim. 1975-ci ildə Faruk Sükandan “Bu Fətullah kimdir?” deyə soruşanda, o, mənə “İsmayıl, fikir vermə. Bu bizim Fuad Doğunun tapdığı bir adamdır” dedi. Yəni ABŞ-ın qurduğu Qladionun adamı olduğunu söylədi”, - Nacar yazıb.
Tarix: 16-06-2018, 22:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}