Dünya dəhşətli müharibəyə doğru - Tramp Reyqanın başlatdığı SAVAŞI YENİLƏDİ


Dünya dəhşətli müharibəyə doğru - Tramp Reyqanın başlatdığı SAVAŞI YENİLƏDİ

ABŞ prezidenti Donald Tramp ölkənin ordu sisteminin əhəmiyyətli növü kimi kosmik gücləri yaratmaq barədə göstəriş verdi.

“Amerika kosmosda üstün olmalıdır. Bu, çox əhəmiyyətlidir. Buna görə də bu dəqiqə Müdafiə Nazirliyinə ölkə ordusunun altıncı növü kimi kosmik güclərin formalaşmasına gətirib çıxaracaq prosesə başlamaq barədə göstəriş verirəm”, - Tramp Ağ Evdə Milli Kosmik Şurasının üzvlərinin qarşısında çıxışında deyib.

“Ulduz müharibələri 2.0”

Kosmosda təhlükəsizlik və hökmranlıq mövzusunu ilk dəfə ABŞ-ın 40-cı prezidenti (1981-1989) Ronald Reyqan gündəmə gətirdi. Onun təşəbbüskarı olduğu və “ulduz müharibələri” konsepsiyasının yer aldığı Strateji Müdafiə Təşəbbüsü (SOY) uzunmüddətli proqramı bilavasitə hərbi tətbiqə malik idi. O yalnız raketlərin aşkar edilməsi və izlənilməsi sistemlərinin yaradılmasını deyil, həm də zərbə qruplaşmalarınin yaradılmasını nəzərdə tuturdu.

Əvvəlcə “ulduz müharibələri”nin inkişafı ABŞ və SSRİ-nin strateji və geosiyasi qarşıdurması ilə bağlı idi. Sovet İttifaqının dağılmasından sonra proqram Amerika hakimiyyəti gözlərində aktuallığını bir qədər itirdi. Ancaq kosmosda hökmranlıq kursu ABŞ-ın xarici siyasət strategiyasında əvvəlki kimi saxlanılır. 2017-ci ildən ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasında kosmosda liderlik və kosmosda hərəkətlərin azadlığının dəstəklənməsi ehtiyacı vurğulanır.

Kosmik planlar

Kosmik güclərin ordunun ayrı növü olaraq ayrılması bu sahədə Trampın tək addımı deyil. Onun prezidentliyinin birinci ili kosmosda özəl sektorun çiçəklənməsi ilə üst-üstə düşdü. Mayın 24-də Tramp kosmosda özəl Amerika şirkətlərinin işinin sadələşdirilməsinə yönəldilmiş təlimatı imzaladı. Bu sənəd raket-daşıyıcıların işə salınması üçün lisenziyaların rəsmiləşdirilməsini sadələşdirir və səlahiyyətli idarələrin üzərinə kosmos sahəsində işləyən sahibkarların maraqlarının müdafiəsi öhdəliyi qoyur. Təlimat həmçinin ticarət nazirinin kosmos üzrə müavini vəzifəsinin yaradılmasını nəzərdə tutur. O, Dövlət Departamenti, Pentaqon və Amerika Milli Kosmik Agentliyi (NASA) ilə işbirliyi yaratmaqla kosmosda kommersiya fəaliyyətinin nizama salınması ilə məşğul olacaq.

Amerikalılara görə, kosmosda özəl sektorun inkişafı dövlət təhlükəsizliyi məsələsi ilə qırılmaz surətdə bağlıdır. Daha qənaətli və sərfəli təkliflər dövlət-özəl sektorun əməkdaşlığına yol açır və beləliklə, federal vəsaitlərə qənaət etməyə imkan verirlər. Məsələn, “X-37V” məxfi kosmoplanın işə salınmasını “Space X” özəl şirkəti həyata keçirir. Aparat kosmosda ABŞ-ın hərbi proqramının ən əhəmiyyətli elementlərindən biri ola bilər.

ABŞ prezidenti həmçinin NASA-nın işinə böyük diqqət ayırır. O, 2017-ci il dekabrın 17-də NASA-ya astronavtların Aya qayıdışı və Marsda ekspedisiyanın hazırlığı üzrə proqramın reallaşdırılmasına başlamaq barədə tapşırıq verdi. NASA Marsda ekspansiyanın keçid mərhələsində Ayın orbitində stansiya tikməyi planlaşdırır. Stansiya elmi post, təchizat mərkəzi və yanacaq anbarı olmaqla, ABŞ-a Yer kürəsinin peykində strateji mövcudluğunu təmin etməyə imkan verəcək.

NASA-nın direktoru Ceyms Brandenstin “The Washington” nəşrinə müsahibəsində bildirib ki, dünyanın kosmik idarələrin rəhbərləri bu layihəyə böyük maraq göstərirlər, çünki Ayın səthinə çıxmaq imkanına malik olmaq istəyirlər. Brandenstin əlavə edib ki, ayətrafı stansiyanın birinci modulunun 2021 və ya 2022-ci ildə işə salınması nəzərdə tutulur.

Beynəlxalq status

Kosmosda qarşılıqlı münasibətləri nizama salan əsas beynəlxalq sənəd tədqiqat və kosmik sahədən istifadə üzrə dövlətlərin fəaliyyəti prinsipləri haqqında 1967-ci ildə imzalanan müqavilədir.

Müqaviləni imzalayan ölkələr, ilk növbədə SSRİ və ABŞ orbitdə nüvə silahı və ya kütləvi qırğın vasitələrini yerləşdirməmək, həmçinin bu və ya digər göy cisimlərinə mülkiyyət hüququnu iddia etməmək barədə öhdəlik götürdülər. Ancaq 51 il əvvəl imzalanmış sənəd yeni fiziki prinsiplərdə adi silahların kosmosda yerləşdirməsini qadağan etmirdi. Sənəd kosmosdan istifadənin bütün mümkün ssenariləri, məsələn, faydalı resursların çıxarılmasını qadağan etmirdi.

Bu halda, beynəlxalq qanunvericilik qeyri-mükəmməldir və əsas oyunçular yerdən kənar məkanın hərbiləşdirilməsi haqqında qorxuları hiss edirlər. Rusiya ABŞ-ın kosmosda silahın yerləşdirilməsi imkanını istisna etmir. Vaşinqton, öz növbəsində, Rusiya və Çini gələcək potensial münaqişə zamanı antipeyk silahını hazırlamaqda ittiham edir.

Pessimistik ssenariyə görə, kosmik dövlətlərin rəqabəti yerdən kənar məkanda qızğın silahlanmaya gətirib çıxaracaq.

Tarix: 21-06-2018, 07:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}