Bodrumda silahlı hücum: Məşhur müğənni öldürüldü


Bodrumda məşhur əyləncə mərkəzlərinin qarşısında silahlı hücum olub.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərkəzə daxil olan məkan sahibi Mehmet Əli Sürensoya 4 nəfər silahlı hücum edib.

Hadisə nəticəsində məkan sahibi ilə birlikdə yanındakı 5 nəfər yaralanıb. Onlardan ikisi - məkanın sahibi Sürensoy və məşhur müğənni Hacer Tülü vəfat edib. Digərlərinin həyatı təhlükəsi yoxdur.

Cinayətkarlar polis tərəfindən saxlanılıb. Hadisəni törətmə səbəbləri məlum deyil.

Qeyd edək ki, Hacer Tülü “Mabed”, “Ömür törpüsü” mahnıları ilə populyarlaşıb.

Tarix: 21-06-2018, 14:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}