Türkiyə ABŞ-dan istədiyini aldı: F-35 təhvil verildi

    F-35 qırıcılarının təhvil-təslim mərasimində iştirak edəcək türk nümayəndə heyəti artıq ABŞ-dadır.
Axar.az xəbər verir ki, bu gün baş verəcək mərasimdə türk nümayəndə heyətinin kifayət qədər aşağı vəzifəli şəxslərlə təmsil olunması ilə diqqət çəkib.
Tədbirdə Türkiyə müdafiə naziri, müdafiə sənayesi müşaviri, Hərbi Hava Qüvvələri komandanı ilə təmsil olunmalı olsa da, onların yerinə müdafiə sənayesi müşavirinin köməkçisi Sərdar Dəmirəl və TSQ Baş Qərargahının Plan-Prinsiplər İdarəsindən general Reha Ufuk Ər göndərilib. Bu səviyyədə iştirak Türkiyənin ABŞ Senatında qəbul edilən qərara etiraz kimi qiymətləndirilir.
Xatırladaq ki, 2 ədəd F-35 qırıcısı bu gün Türkiyəyə təslim edilsə də, sınaq uçuşları, pilotların hazırlaq mərhələsi kimi proseslər 2019-cu ilin noyabrına qədər davam edəcək.
***
18-0001 nömrəli yeni nəsil ilk F-35 təyyarəsi rəsmi mərasimlə Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilib.
Təntənəli mərasim “Looked Martin” şirkətinin ABŞ-ın Texas ştatındakı təsisatlarında baş tutub.
Tarix: 21-06-2018, 21:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}