Rusların Qarabağda PASPORT TƏXRİBATI... - NƏ BAŞ VERİR?


Rusiyanın "TV Çentr" telekanalı Qarabağdan növbəti təxribat xarakterli video reportaj hazırlayıb.

Video televiziyanın Youtube kanalında yayımlanıb.

Görüntülərdə qadın aparıcı Vera Kuzmina “stand up”da deyir ki, sağda Ermənistan, bura Dağlıq Qarabağ, o tərəfdə isə Azərbaycandır:

“Rusiya sülhməramlıları gələndən burada heç bir neqativ hal baş verməyib. Sülhməramlılar bütün maşınları yoxlayıb, buraxırlar və saat 18:00-da yol bağlanır. Bu yeganə yoldur ki, Azərbaycan və Ermənistan bundan istifadə edir”.

Sujetdə 2 erməni bildirir ki, bizə əsas Rusiya pasportu lazımdır ki, yaşadıqlarımızı övladlarımız yaşamasın.

Xatırladaq ki, süjetdə jurnalist “Dağlıq Qarabağ”ı ayrı bölgə kimi qələmə verir və ermənilərin Rusiya pasportu almaq istədiklərini qabardır.




Tarix: 28-06-2021, 09:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}