“Delta”nı sıradan çıxaracaq yeni ştamm yayılır






Rusiyalı immunoloq Vladislav Jemçuqov koronavirusun “Lambda” ştammının xüsusiyyətlərindən danışıb.
Bu barədə o “Radio 1”ə müsahibəsində deyib.
“Lambda” variantı əvvəlcə Peru, Çili, Ekvador və Argentinada 2020-ci ilin sonunda təsbit edilib. Ehtimal edilir ki, patogenin bu versiyasında sünbül zülalında infeksiya dərəcəsinə təsir edən bir neçə mutasiya cəmləşir. İndiyə qədər yeni ştammın COVID-19-un daha ağır gedişatına səbəb olması və ya peyvəndlərin təsirini zəiflətməsinə dair heç bir dəlil yoxdur.
Jemçuqov görə, bu ştamm virusun təbii mutasiya prosesinin əksidir:

“Dəyişir, dəyişən xarici şəraitə uyğunlaşır. Yeni ştamm yeni bir dizayn kimidir. Daha uyğunlaşa bilən, daha sabit, daha yoluxucudur, dünyaya yayılma qabiliyyətinə sahibdir”.

Mütəxəssis qeyd edib ki, bu ştamm hələ yoluxmamışlara və vaksin vurulmayanlara sürətlə keçəcək:

“Yeni dizayn bu koronavirusa çoxalma üstünlüyü verir. Əvvəlki virusları yaymağa və yerlərindən çıxarmağa başlayır. Hesab edirəm ki, “Lambda” koronavirusu “Delta”nı tədricən əvəz edəcək.
Tarix: 29-06-2021, 21:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}