İngiltərədə COVİD-19-la bağlı bütün məhdudiyyətlər götürülür - Conson açıqladı

“İngiltərədə iyulun 19-dan etibarən COVİD-19-la bağlı tətbiq edilən bütün məhdudiyyətlər aradan qaldırılacaq”.
 
Siam.az xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Boris Conson bu gün keçirdiyi mətbuat konfransında bildirib.
 
Baş nazir vurğulayıb ki, həmin tarixdən tibbi maskaların istifadəsi məcburi olmayacaq, nəqliyyatda və restoranlarda, həmçinin, digər qapalı məkanlarda tətbiq olunan bir metrlik sosial məsafə də ləğv olunacaq:
 
“Konsertlər, teatrlar və idman tədbirlərində mövcud olan tutum həddi aradan qaldırılacaq. Eyni zamanda, bir ildən çoxdur bağlı olan gecə klubları öz fəaliyyətlərini bərpa edə biləcək”.
 
Boris Conson bildirib ki, heç şübhəsiz, koronavirus infeksiyası iyulun 19-da bitməyəcək. O, günlük koronavirusa yoluxma sayının artdığını, bunun 19 iyula qədər günlük 50.000-ə çata biləcəyini də qeyd edib:
 
"Lakin biz dürüst olmalıyıq. Əgər cəmiyyəti önümüzdəki bir neçə həftədə aça bilmiriksə, biz normala nə vaxt qayıda biləcəyik?".


Baş nazir hökumətin vaksinlə bağlı hədəflərini yerinə yetirmək üçün əlindən gələni etdiyini və bu vaksinlərin effektiv olduğunu da deyib.Modern.az
Tarix: 6-07-2021, 08:52
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}