İcra başçısının maşın kolleksiyası: Porsche, Ferrari, Audi… – Fotolar yayıldı



İcra başçısının maşın kolleksiyası: Porsche, Ferrari, Audi… – Fotolar yayıldı
Blogger Mehman Hüseynov Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin bahalı avtomobil kolleksiyasında olan maşınların bir hissəsinin fotolarını yayıb.

“Yeni Sabah” bildirir ki, blogger icra başçısının 1000 manat maaş aldığı halda bu qədər bahalı avtomobilləri necə əldə etməsi haqda sual verib. Avtomobillər A. Vəliyev və onun ailə üzvlərinə məxsusdur: “Ailə üzvləri “PORSCHE” markalı maşınların xəstələridir və 0,7,8 rəqəmlərin onların ürəyində xüsusi yeri var” – deyə qeyd edib.

“Adil Vəliyev 2012-ci ildən icra başçısıdır. 9 il ərzində ailə üzvlərinə dəbdəbəli həyat qurub və təsəvvür edin, 9 il ərzində heç bir hüquq muhafizə orqanı bu icra başçısı hansı hoqqalardan çıxdığını görməyib…”

Sabunçu rayon icra başçısı Adil Vəliyevə məxsus olan maşınlar:

Xidməti maşın AUDİ A8 (10-AA-818)

Adil Vəliyevin şəxsi maşını Porsche Panamera Turbo (10-AA-078). Qiyməti 200.000 AZN

A. Vəliyevin oğlu Ənvər Vəliyevin maşın qarajı:

– 2014-cü ildə oğlu Ənvər qiyməti 250.000 AZN olan “PORSCHE 911Turbo S” markalı maşın sürürdü. Ona məxsus olan 10-YY-078 dövlət qeydiyyat nömrəsi ilə.

– 2015-ci ildə oğlu maşınını dəyişir və qiyməti 150.000 AZN olan “PORSCHE 911” markall maşın sürür. Ona məxsus olan yeni 10-AL-078 dövlət nömrəsi ilə. (0.7.8 rəqəmləri dəyişmir)

– 2018-ci ildə oğlu Ənvər özünə 450.000 AZN (yarım milyonluq) Ferrari Berlinetta alır. Yeni maşının yeni nömrəsi var – 10-FF-078. (078 onun ürəyində xüsusi yeri var)

– 2021-ci ildə biz icra başçısının oğlunu Bakıya təzə gətirilmiş, qiyməti 500.000 AZN olan FERRARi Berlinetta F12-də görürük. Və bu dəfə də yeni maşın yeni nömrə ilə 10-OO-078.

Gördüyünüz kimi, icra başçısının oğlu Ənvər hələ biz araşdırıb ortaya çıxartdığımız bu illər ərzində özünə 4 müxtəlif maşın alıb. Təkcə oğlunun maşınlara xərclədiyi pul 1.350.000 (bir milyon üç yüz əlli min) manat edir və üstəgəl atasının 200.000 AZN-lik PORSCHE markalı şəxsi maşın. Ümumi 1.550.000 (bir milyon yarım) manat edir.

Bəs Sabunçu rayon icra başçısı Adil Vəliyevin ailəsinə məxsus olan diqər maşınlardan nə xəbər var? Araşdırmışıq. Ailəsinə məxsus olan 90-HH-900 dövlət nömrəsi bir neçə maşının üstündə olub.

– 2014-cü ildə icra başçısının ailəsinə məxsus olan nömrəli (90-HH-900) qiyməti 200.000 AZN olan PORSCHE Panamera Turbo markalı maşının üstündə olub.

– 2016-cı ildə icra başçısının ailə üzvləri artıq özlərinə yeni maşın almışdılar. Onlara məxsus olan nömrəli (90-HH-900) qiyməti 400.000 AZN olan PORCHE Cayenne Mansory markalı maşının üstündə olub.

– Və nəhayət 2017-ci ildə icra başçısının ailə üzvlərini biz yeni maşında görürük. Onlara məxsus olan nömrəli (90-HH-900) qiyməti 360.000 AZN olan PORSCHE Cayenne Turbo markalı maşının üstündə olur.

Deməli Vəliyevin ailə üzvləri 3 il ərzində 3 ədəd yeni maşına 1.000.000 ( bir milyona yaxın) manat xərcləyiblər. Ata, oğul və ailə üzvlərinə məxsus olan maşın qarajının qiyməti 2.550.000 (iki milyon yarım) manat edir.









Tarix: 6-07-2021, 09:19
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}