Türkiyədə meşə yanğınları davam edir – Ölənlərin sayı 8 nəfərə çatıb



Türkiyənin cənub sahillərində baş qaldıran 100-dən çox yanğın nəticəsində 8 adamın öldüyü barədə məlumat təsdiqlənib. Yanğınsöndürənlər vertolyotların dəstəyi ilə ölkənin əsas turizm bölgələrini təhdid edən alovlarla mübarizəni davam etdirir.
Türkiyənin kurort Antalya və Muğla sahillərini sakinlər və turistlər qayıqlarla tərk etməli olub. Daha böyük evakuasiyalara ehtiyac olarsa, sahilə mühafizə və iki donanma gəmisi yerləşdirilib.
Avropanın cənubundakı isti hava şəraiti və quru küləklər İtaliyanın Siciliya, Yunanıstanın qərbi və Egey bölgəsi də daxil olmaqla, Aralıq dənizi regionunda meşə yanğınlarına səbəb olub.
Ən ağır zərbəni Türkiyə alıb. Türkiyə hökuməti yanğınların çoxunun nəzarət altında olduğunu deyir. Lakin bəzi kurortlar təhlükə altındadır və temperaturun yaxın günlərdə yeni rekordlara yüksələcəyi proqnozu yanğınla mübarizənin hələ bitmədiyinə işarədir.
CNN-in Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinə istinadən verdiyi məlumata görə, bazar günü iki yanğınsöndürən ölüb.

Səhiyyə Nazirliyinin Associated Press-ə bildirdiyinə görə, yanğından zərər çəkmiş azı 27 nəfər bazar günü müalicə olunub, yüzlərlə insan isə evə buraxılıb.
Kənd Təsərrüfatı və Meşə Nazirliyi çərşənbə günündən bəri 32 əyalətdə meşə yanğınlarının baş qaldırdığını, 117 yanğının nəzarət altına alındığını bildirib.
Siam.az
Tarix: 3-08-2021, 08:28
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}