Avropa Birliyi Lukaşenkonu prezident kimi tanımaqdan imtina etdi - BƏYANAT


Avropa Birliyi Lukaşenkonu prezident kimi tanımaqdan imtina etdi - BƏYANAT

Avropa Birliyi Aleksandr Lukaşenkonu legitim prezident kimi tanımaqdan imtina edib. AB həmçinin ölkəyə qarşı sankiyalar vəd edib.
Cebhe.info xəbər verir ki, bu barədə AB nümayəndəsi Jozef Borrel deyib. Onun sözlərinə görə, Belarusdakı 9 avqust seçkisində saxtakarlığa yol verilib. Buna görə də Brüssel bu nəticələri legitim hesab etmir.
Avropa parlamentində çıxışı zamanı Borrel bildirib ki, bundan sonra ölkəyə qarşı sanksiyalar gündəmə gələcək. Borrelin fikrincə, yaxın zamanda AB Belarus qarşı sanksiyalarla bağlı qərar verməlidir. Bunun Avropa Birliyinin 24-15 sentyabrda keçiriləcək iclasına qədər edilməsi gözlənilir.
Tarix: 15-09-2020, 21:40




Xəbər lenti