Suriyada Türkiyə ilə Rusiya arasında toqquşma baş verə bilər


 
Suriya prezidenti Bəşər Əsəd anidən səfər etdiyi Rusiyada həmkarı Vladimir Putinlə görüşüb. 
 
Ovqat.com-un məlumatına görə, Putin, həmkarını növbəti dəfə prezident seçilməsi və ad günü münasibətilə təbrik edib.
 
O, həmçinin, Bəşər Əsədin siyasi rəqibləri ilə dialoqa başlamasını və Suriyanın yenidən qurulmasınında göstərdiyi səyləri alqışlayıb: “Sizi yenidən Moskvada salamlamağa çox şadam. İlk növbədə, Sizi bu yaxınlarda tamamlanan doğum gününüz münasibətilə təbrik etmək istəyirəm. Əlbəttə ki, prezident seçkilərində çox yaxşı nəticə göstərdiyinizə görə də şəxsən təbrik edirəm".
 
Tərəflər görüşdə Suriyanın hazırkı vəziyyətini də müzakirə ediblər. Rusiya prezidenti Bəşər Əsədin Suriyanın "bərpa olunması və normal həyata qayıtması" üçün çox işlər gördüyünü vurğulayıb. "Bizim birgə səylərimizlə Suriya Respublikasının ölçüsünə görə çox böyük ərazisi azad olunub. Terrorçulara çox ciddi, diqqətəşayan ziyan dəyib və başda Siz olmaqla, Suriya hökuməti ölkə ərazinin 90%-nə nəzarət edir", - deyə o bildirib.
 
Rusiya prezidentinin fikrincə, Suriyanın hazırda əsas problemi Birləşmiş Millətlər Təşkilatının qərarı və Dəməşqin rəsmi çağırışı olmadan ölkənin ayrı-ayrı ərazilərində xarici silahlı qüvvələrin mövcudluğudur. "Bu, açıq— aşkar beynəlxalq hüquqa ziddir, Sizə ölkənin konsolidasiyası və bərpası istiqamətində maksimum səy göstərməyinizə imkan vermirHalbuki, qanuni hakimiyyətin vəziyyəti bu templə nəzarət alması ölkənin bərpasına şərait yarada bilərdi, - deyə Vladimir Putin əlavə edib.
 
Fikrimizcə, Putinin bu sözləri əsasən Türkiyəyə ünvanlanıb. Çünki hazırda Bəşər Əsədin razılığını almadan Suriyada hərbi qüvvələrini yerləşdirən iki dövlət var: ABŞ və Türkiyə
 
Son 3 həftədir ki, Rusiyanın Suriyadakı qoşunları Türkiyəyə bağlı könüllü dəstələri atəşə tutur, onları İdlibdən uzaqlaşdırmağa çalışır. Son günlər hər tərəfdən sıxışdırılan həmin qüvvələr Türk ordusunun müşahidə postlarının yaxınlığına sığınmasına baxmayaraq, rus hərbi təyyarələri onları bombalayır, Ankaranın səbrini imtahana çəkir. Putinin Bəsər Əsədlə görüşdə səsləndirdiyi fikirlər ondan xəbər verir ki, Rusiya Suriya müxaliflərini yaxın günlərdə daha intensiv şəkildə bombardıman edəcək. Bu isə Ankaranı da adekvat addımlar atmaq məcburiyyətində qoya bilər.
 
Bəşər Əsəd isə öz növbəsində bildirib ki, Suriyada baş verən siyasi hadisələr təxminən üç ildir ki, dayanıb: "Müəyyən dövlətlər var ki, onlar siyasi proseslərin mümkünlüyünə hər vəchlə destruktiv təsir edirlər. Başqa amillər də var, amma biz onları çox gözəl başa düşürük və bu aktual problemlərin həlli üçün əlimizdən gələni etməyə çalışırıq. Bəzi dövlətlər Suriya xalqına qarşı qeyri-insani, antidövlət, antilegitim aktlat kimi qiymətləndirilə biləcək sanksiyalar tətbiq ediblər. Amma buna baxmayaraq, ölkə inkişaf xəttini tutub",— deyə Əsəd bildirib. Suriya prezidenti Moskvaya humanitar yardıma və beynəlxalq arenada Suriyanı dəstəkləyən mövqeyinə görə təşəkkür edib.
 
Qeyd edək ki, Suriyada son prezident seçkiləri mayın 26-da keçirilib. Seçkilərin nəticələrinə görə, 2000-ci ildən prezident vəzifəsini tutan Bəşər Əsəd 95,1% səs qazanaraq öz vəzifəsini qoruyub.



Tarix: 15-09-2021, 08:21
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}