Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...


Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...Ata Abdullayev

Yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində özünü bloger kimi təqdim edən Ata Abdullayevin mühakiməsi başlayacaq. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunan Ata Abdullayevin işi üzrə istintaq başa çatıb və cinayət işinin materialları məhkəməyə göndərilib.

Bizimyol.info xəbər verir ki, Ata Abdullayevin işinə Fikrət Qəribovun sədrliyilə, Telman Hüseynov və Əli Məmmədovdan ibarət hakimlər kollegiyası baxacaq. Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə ittiham olunan Abdullayevin məhkəmənin tarixi hələlik dəqiq məlum deyil.
Bu cinayət işi üzrə dörd nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğludur. Ata Abdullayevin bu şəxsləri şantaj edib, onlardan pul tələb etdiyi bildirilir.
Zərərçəkmişlərdən Şahlar Həsənov Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır üzrə nümayəndəsidir.
Elmar Əliyev isə Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Tədbir Əməliyyat Komitəsinin maliyyə direktorudur.
Ata Abdullayev bu ilin martında həbs olunub. O, bundan əvvəl də oğurluğa görə məhkum edilib. Həmin vaxt da o, MTN əməkdaşları tərəfindən həbs olunmuşdu.
Tarix: 28-09-2021, 09:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}