Hacı Şahinə görə müdafiə nazirinə ittiham – BU AZDIR, QMİ-YƏ SƏDR EDİN!

27 Sentyabr -Anım Günü ilə bağlı tədbirdə müdafiə naziri Zakir Həsənovun Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlini özünün və digər ordu generalları ilə eyni sırada dayandırması sosial şəbəkələrdə narazılığa səbəb olub.
Gununsesi.info-nun xəbərinə görə, Hacı Şahinin İranın Azərbaycana hədələrinə susqunluğunu, həmçinin rəsmi Tehranın Ermənistana davamlı yardımlarını əsas gətirənlər onun hərbçilərimizlə birgə olmasına etiraz edərək, naziri günahlandırırlar.
Məsələn, jurnalist Aqil Ələsgər yazır:
“Nə 44 günlük savaşda, nə də İranın son həyasızlığı zamanı ortalıqda olmayıb, Amili adlı dəyyusa bir cümlə cavab verməmək üçün telefonlarına baxmayan Hacı Şahin Zakir Həsənovla birlikdə Anım günündə…          Həzrəti Əli zülmə qarşı susmağı zalımlıq adlandırırdı.
Azərbaycana qarşı erməniçilik edən İrana bir cümlə işlətməyən “şeyx nəsrulla”nın protokolda nə iti azıb?
Əslində, Zakir Həsənovun da nə işi var deyə, soruşacam, deyəcəksiniz kağız üzərində də olsa, müdafiə nazirimizdir. Bu savaşda Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusu zəfər qazandı, zakirlərə, nəcməddinlərə qalsaydıq, Cocuq Mərcanlıdakı təpədən boylanırdıq indi də… Ancaq bu gün vətən üçün ön və arxa cəbhədə döyüşənlər üçün çox ağırdır ki, İranın bir ayətullasına belə Azərbaycan adına bir cümlə deməkdən israrla qaçan necə ən özəl günümüzdə başa keçirilir?
Bu azdır, bir də QMİ-yə sədr, Qafqaza şeyxülislam edin”.
Gununsesi.info
Tarix: 28-09-2021, 21:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}