8 qadının daxil olduğu yeni kabinet Almaniyanın əvvəlki hökumətlərindən daha "gənc"dir...

8 qadının daxil olduğu yeni kabinet Almaniyanın əvvəlki hökumətlərindən daha
 
Almaniya kansleri Olaf Şolts və yeni Nazirlər Kabinetinin üzvləri sabah - çərşənbə günü and içəcəklər. Yeni nazirliklərin rəhbərləri arasında qadınların sayı ilk dəfə belə yüksəkdir: 17 nəfərdən 8-i. Nəticə etibarilə Almaniyanın yeni kabinetinə doqquz kişi və səkkiz qadın daxil olacaq. Bundan əlavə, yeni kabinetin orta yaş həddi 50,4-ə bərabərdir ki, bu da onun Almaniyanın əvvəlki hökumətlərindən daha gənc olduğunu göstərir.
 
Moderator.az bu barədə AlmaniyanınDas Erste” telekanalına istinadla xəbər verir.
 
SDP Şoltsun rəhbərlik edəcəyi kabinetdə yeddi nazirliyi tutacaqYaşıllar” İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinə rəhbərlik edəcək Robert Habekin simasında vitse-kansler postunu qazanıbYaşıllar”ın digər məsuliyyət daşıyacağı sahələr aşağıdakılardırAnnalena Berbok xarici siyasət idarəsinə rəhbərlik edəcək ilk qadın olacaq. Şteffi Lemke Ətraf Mühit Məsələləri və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə nazir olacaqCem Özdemir indi kənd təsərrüfatı və qida sektorunaAnne Şpigel isə Ailə İşləri Nazirliyinə rəhbərlik edəcək.
 
Almaniyanın Azad Demokratik Partiyasına Nazirlər Kabinetində dörd post ayrılıbPartiyanın rəhbəri Kristian Lindner maliyyə departamentinə rəhbərlik edəcək, Marko Buşman isə federal ədliyyə naziri olacaq. Folker Vissinq indi nəqliyyat və rəqəmsal mühitin qayğısına qalacaq. Bettina Ştark-Vatsinger isə təhsil və elmə cavabdehlik daşıyacaq.
Tarix: 8-12-2021, 10:17
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}