Mi-17 qəzaya uğradı, Baş qərargah rəisi və daha 11 hərbçi həlak oldu



17.42
Hindistan Müdafiə Nazirliyi bəyan edib ki, Baş Qərargahının rəisi Bipin Ravat Rusiya istehsalı olan Mi-17V5 markalı helikopter qəzasında həlak olub.  Müdafiə naziri Raçnat Sinqh bildirib ki,  Baş qərargah rəisinin həyat yoldaşı və daha 11 hərbçi  də helikopter qəzasında həlak olublar. Helikopterin Hindistan Hərbi Hava Qüvvələrinin Sere bölgəsindəki bazasından havaya qalxdığı və Vellinqon şəhərinə uçduğu bildirilir.
General Ravat orada Müdafiə Nazirliyinin kollecində mühacirə oxumağı planlaşdırırdı. “Dərin kədər hissi ilə bildiririk ki, general Bipin Ravat, xanım Madhulika Ravat və daha 11 nəfər bədbəxt hadisə nəticəsində həlak olublar”, - Hindistan Müdafiə Nazirliyi bildirir.

Rusiyanın aviasiya sahəsindəki mənbələr “RİA Novosti”yə bildirib ki, Hindistan Silahlı Qüvvələrinin Baş qərargah rəisinin uçduğu helikopter “pis hava şəraiti” ucbatından qəzaya uğrayıb. Mənbə helikopterin güclü duman şəraitində uçduğunu, görmə məsafəsinin kritik ölçülərdə azaldığını və helikopterin dağa çırpıldığını deyib.
Xatırladaq ki, bir neçə gün əvvəl Mi-17 helikopterinin Qaraheybət təlim poliqonu üzərində qəzaya uğraması nəticəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin 14 zabiti şəhid olmuşdu. Bu qəzanın səbəbləri araşdırılır.
16:10 
Hindistanda hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb. Xarici KİV-lərin yaydığı məlumata görə, helikopterin göyərtəsində 14 nəfər olub. Bildirilib ki, onların arasında Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Bipin Ravat, onun həyat yoldaşı, köməkçisi, şəxsi mühafizə xidmətindən xüsusi təyinatlılar və ölkə Hərbi Hava Qüvvələrinin hərbçiləri olublar. Qəza yerindən 5 nəfərin meyiti aşkarlanıb, bir neçə nəfər ağır xəsarətlə hospitala yerləşdirilib.
***
 

14:06
Hindistanın Tamilnad ştatında ölkə silahlı qüvvələrinin baş qərargah rəisi, general Bipin Ravatın olduğu helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. Helikopterdə onun ailə üzvləri, köməkçiləri də daxil olmaqla 14 nəfər olub. Qərargah rəisinin taleyi barədə hələlik məlumat verilməyib.
***
13:45
Göyərtəsində Hindistan Müdafiə Nazirliyi Baş Qərargahın rəisi Bipin Ravatın da olduğu helikopter qəzaya uğrayıb. Helikopterin göyərtəsində daha 3 yüksək rütbəli hərbçi olub. Bildirilib ki, hadisə dekabrın 8-də Hindistanın Tamçiland ştatında baş verib. Məlumata görə, hadisə yerində 3 yaralı aşkar olunub, 4-cü şəxsin axtarışı davam edir. (“India Today”) 
Tarix: 8-12-2021, 23:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}