"Avropada təhlükəsizlik sisteminin dağılması üçün son 20 ildə Rusiya əlindən gələni edib"


Putinin ABŞ və Avropanı qorxutmaq cəhdləri, belə görünür ki, iflasa uğradı
 
Moderator.az xəbər verir ki, amerikalı diplomat, ABŞ Dövlət katibinin sabiq köməkçisi, Atlantic Council-in aparıcı eksperti Daniel Frid "QORDON" nəşrinə müsahibəsində ABŞ və Rusiya arasında aparılmış danışıqların və Rusiya-NATO Şurası iclasının nəticələrini təhlil edib, Ukraynaya qarşı təcavüz riskinin azalıb-azalmayacağı və Kremlin öz siyasətini dəyişib-dəyişməyəcəyi barəsində danışıb.
 
Daha sərt sınaqlar gözlənilir. Kreml Ukraynaya qarşı təxribat törədə bilər...
 
- Siz bu həftə Jenevrədə və Rusiya-NATO Şurasında keçirilmiş görüşlərin nəticələrini necə qiymətləndirirsiniz?
 
- Bu, Qərb həmrəyliyi üçün iki yaxşı gün oldu. ABŞ və NATO Rusiyanın ekstravaqant hədələrini və təkliflərini rədd edərək, təhlükəsizlik üzrə daha ağlabatan məsələləri  müzakirə etməyi təklif etdi. Müttəfiqlər güclü və ardıcıl təsir bağışlayırdı.
Rusiya diplomatları isə qeyri-ardıcıl məlumatları ilə özlərini rahatsız hiss edirdilər. Lakin daha sərt sınaqlar gözlənilir. Kreml Ukraynaya qarşı təxribat törədə bilər və ya başqa bir yolla Avropanı və Ukraynanı qorxuda bilər.
 
- Necə düşünürsünüz, Rusiya öz qoşunlarını Ukrayna ilə sərhədləri yaxınlığında cəmləşdirməklə və hərbi təlimlərlə danışıqlarda öz mövqeyini möhkəmləndirmək üçün istifadə edibmi?
 
- Putin özünün ciddi olmasını göstərmək üçün Ukraynaya qarşı bəzi məhdud hərbi hərəkətlərə yol verə bilər. O, Rusiya qoşunlarını işğal etdiyi Donbasa açıq şəkildə yeridə bilərdi. Bu böhran davam edəcək.
 
- Danışıqlar Ukrayna sərhədləri ətrafında gərginliyin azalmasına gətirib çıxara bilərmi?
 
- Bu, Putindən asılıdır. Lakin onun ABŞ və Avropanı qorxutmaq cəhdləri, belə görünür ki, iflasa uğradı. Putin zəif nöqtələri axtarır. XX əsrin avtokratları kimi o, Qərbin ziddiyyətlərini və zəif cəhətlərini şişirdir.
 
- Necə düşünürsünüz, Rusiyanın əslində istədiyi nədir? 
 
- Kreml SSRİ-nin dağılmasının nəticələrini geriyə döndərmək istəyir. Amma bu, baş verməyəcək. Kreml hələ ki, Ukraynanın heç vaxt NATO-ya daxil olmayacağı barədə vəd verilməsinə razı ola bilərdi. ABŞ və NATO bunu rədd etdilər. Putin müharibədən qurtulmaq və ya guya geri çəkilmək görsənişini yaratmaq istəyirsə, ona başqa yol tapmaq lazım gələcək. Lakin ABŞ və Avropa Putini pərt etməmək naminə Ukraynanı və ya başqa nəyisə qurban verməməlidir.
 
- Belə təəssürat yaranır ki, Rusiya Qərbin dözümünü sınaqdan keçirir. Təhlükəsizlik zəmanətləri barəsində sorğu real deyil, amma Rusiya öz enerjisini danışıqlara sərf edir. Nədən?
 
- Mən güman edirəm ki, Putin zəif nöqtələri axtarır. XX əsrin avtokratları kimi, o, Qərbin ziddiyyətlərini və zəif cəhətlərini şişirdir. Kreml Ukrayna və ukraynalılarla münasibətləri korlayıb, indi isə bunu finlər və isveçlilərlə etmək istəyir.
Bu elə bir təhlükəli tiranın lovğalığıdır ki, ona belə siyasətin ölkəsi üçün pis nəticə verəcəyini kimsə deməyəcək.
 
ABŞ və NATO gerçək təhlükəsizlik problemlərini müzakirə etməyə hazırdır, məsələn, hərbi şəffaflıq, silahlar üzərində nəzarət və, mümkündür ki, Avropada təhlükəsizlik sisteminin bərpası məsələsini, bu təhlükəsizlik sisteminin dağılması üçün son 20 ildə Rusiya əlindən gələni edib.
 
- ABŞ və Avropa İttifaqı üşün Rusiya ilə danışıqların hansı nəticələri uğurlu hesab ediləcək?
 
- Ukraynanın suverenliyi və gələcəyinin Avropa ilə bağlı olmasından kənarda heç nə; NATO-nun bütövlüyünü təşkil edənlərdən başqa heç nə; Moskvanın Avropada hökmranlıq sferasının bərpa edilməsindən kənarda heç nə. Ümid edək ki, Avropanın təhlükəsizliyi mexanizmləri bərpa ediləcək və bu da regionun bütün dövlətlərinin təhdidlərdən və hücumlardan daha etibarlı qorunmasına gətirib çıxaracaq.
 
Yelena Poskannaya, jurnalist

Tarix: 14-01-2022, 08:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}