Ermənistan, Tacikistan və Qırğızıstanın sülhməramlı kontingenti Almaatını tərk etdi


Ermənistan, Tacikistan və Qırğızıstandan olan KTMT sülhməramlılarının bölmələri Almaatıdan çıxaraq daimi dislokasiya yerlərinə yola düşüblər.
 
Ermənistandan olan bölmələr Rusiyaya məxsus üç “İl-76” hərbi təyyarəsi ilə Almaatı aerodromundan havaya qalxıb.
 
Tacik hərbçilər bayram günlərində Qazaxıstanın hərbi təhsil müəssisələrində təhsil alan kursantlarını da götürərək Rusiyaya məxsus bir “İl-76” hərbi təyyarəsi ilə yola düşüblər.
 
Qırğızıstan sülhməramlıları isə zirehli hərbi texnikalarla təxminən 250 km-lik məsafədə dövlət sərhədinə doğru istiqamətləniblər.
Tarix: 14-01-2022, 10:52
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}