"Mən Amerika Konstitusiyasına and içmişəm və ABŞ-ın milli təhlükəsizliyini düşünürəm"


"Biz öz iqtisadiyyatımızı məhvə məhkum etməklə Ukraynanı xilas edə bilmərik"
 
Ukraynaya maliyyə yardımı haqqında qanun layihəsinə qarşı çıxan yeganə ABŞ senatoru kimdir?
 
ABŞ- ın yeganə senatoru öz səylərini Ukraynaya yardım göstərilməsinə yönəldən "demokratları və respublikaçıları küncə sıxışdırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Röyter" agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, Senat döyüşən ölkəyə 40 milyardlıq yardım göstərilməsi barədə qanun layihəsini təcili olaraq qəbul edə bilməyib.
 
Sənədin qəbul edilməsinə respublikaçı Rend Pol mane olub. Onun sözlərinə görə, Ukrayna tərəfindən alınan vəsaitlərin xərclənməsinə nəzarət edilməsi barədə müddəa tətbiq edilməlidir.
 
"40 milyard dolları hər hansı nəzarət olmadan göyə sovurmaq olmaz. Xüsusi baş müfəttiş - biz bunu Əfqanıstanda etmişik- bütün məsrəfləri dayandıra bilməyib, lakin hər halda oğruları pulları oğurlamaqdan öncə iki dəfə düşünməyə vadar edib", - Pol bunu Senatda dinləmələr zamanı bəyan edib.
 
O, vurğulayıb ki, çox böyük məbləğ ayrılır, "bu, ABŞ- ın Əfqanıstan münaqişəsinin ilk ilində sərf etdiyi məbləğdən çoxdur".
 
"Mən hər hansı xarici dövlətin deyil, Amerikanın Konstitusiyasına and içmişəm, bu və ya digər işə baxanda mən ilk növbədə ABŞ- ın milli təhlükəsizliyini düşünürəm. Biz öz iqtisadiyyatımızı məhvə məhkum etməklə Ukraynanı xilas edə bilmərik", - Pol öz mövqeyini belə izah edib.
 
Tək bir nəfər senatorun imtinası təşəbbüsün təcili surətdə baxılmasını əngəlləyir. İndi Senat qanun layihəsinə adi rejimdə baxacaq və bu, bir neçə gün çəkəcək. Sənədin gələn həftə səs çoxluğu ilə qəbul ediləcəyi gözlənilir.
 
Xatırladaq ki, mayın 10- da ABŞ  Konqresinin Nümayəndələr Palatası əksəriyyət səs çoxluğu ilə Rusiyanın hərbi müdaxiləsinə məruz qalan Ukraynaya 40 milyard dollarlıq hərbi, iqtisadi və humanitar yardım ayrılmasını nəzərdə tutan qanun layihəsini bəyənib. Bu, Co Bayden administrasiyasının xahiş etdiyindən 7 milyard dollar çoxdur.
 
Mayın 9- da isə Bayden Ukrayna üçün "lend- liz" haqqında tarixi qanun imzalayıb, bu da Rusiya qoşunlarının hərbi müdaxiləsindən qorunan dövlətə vəsaitlərin və digər yardımın sadələşdirilən və sürətləndirilən yardımın ayrılması deməkdir.

Tarix: 13-05-2022, 22:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}