Paşinyan Kremldən KTMT qüvvələrinin İrəvana yeridilməsini xahiş edib - ŞOK


“Baza” nəşri məlumatlı mənbələrə istinadən xəbər yayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan etiraz aksiyalarının yatırılması üçün KTMT qoşunlarının İrəvana yeridilməsini xahiş edib
 
Moskvaya səfəri zamanı Paşinyan Qazaxıstan ssenarisi təkrarlanacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərindən İrəvana qoşun yeridilməsinə razılıq almağa çalışıb.
 
“Baza” nəşrinin yazdığına görə, Rusiya prezidentinin administrasiyası Paşinyandan təklifi geri çəkməyi tələb edib. Əks halda təklifin KTMT-nin iclasının gündəliyindən rəsmi şəkildə çıxarılacağı bildirilib.
 
Mənbə bildirir ki, Paşinyan Putinlə görüşmək üçün 5 saat gözləməli olub. Lakin bu görüşdən də heç bir nəticə hasil olmayıb.
 
APA
Tarix: 19-05-2022, 09:21
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}