Krım ssenarisi davam edəcək?.. - Kreml Xerson və Zaporojye barədə planlarını açıqlayıb...

Krım ssenarisi davam edəcək?.. - Kreml Xerson və Zaporojye barədə planlarını açıqlayıb...
Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi bu regionların sakinlərinin iradəsindən asılı olacaq.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
 
Mətbuat konfransında Kremlin rəsmi nümayəndəsi belə bir suala cavab verməli olub:
 
"Bəzi rusiyalı siyasətçilərinin, o cümlədən "Vahid Rusiya" partiyası liderlərindən biri Andrey Turçakın "Rusiya Ukraynaya həmişəlik gəlib" bəyanatları Putinin Rusiyanın Ukrayna torpaqlarını işğal etməyə hazırlaşmaması barədə ilkin bəyanatları ilə ziddiyyət təşkil etmirmi?"
 
Peskov belə cavab verib:
 
"Bütün hərəkətlərin zəmini olur, - İnterfaks Peskovun sözlərindən iqtibad gətirib. - Belə zəminlərdən biri bu rayonların sakinlərinin iradəsi ola bilər. Özləri harada və kiminlə yaşamaq istədiklərini müəyyən etməsələr, heç nə baş verə bilməz".
 
Daha sonra dəqiqləşdirici sual verilib:
 
"Hər halda Ukrayna torpaqlarını zəbt etmək niyyətinin olmaması ilə Rusiya hakimiyyətinin gerçək hərəkətləri arasında ziddiyyət yoxdurmu?"
 
"Məsələ burasındadır ki, bu əraziləri həyat fəaliyyəti üçün lazım olanlarla təmin etmək lazımdır, burada fasilələrə yol vermək olmaz, bir çox rayonlar işıqsız, kanalizasiyasız, susuz qalıb, - Peskov dəqiqləşdirib. - Məhz bununla da məşğul olmaq lazımdır".
Tarix: 19-05-2022, 18:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}