"Rusiyanın Ukraynaya qarşı müharibəsi onun dövlət kimi mövcuduğunu təhlükə altına salacaq və beynəlxalq aləmdə uzqoya çevirəcək..."


Məlum olduğu kimi, 2022- ci ilin yanvarında Rusiyada Ümumrusiya zabitlər toplantısının həmvətənlərə və Rusiya hakimiyyətinə açıq müraciəti dərc edilib.
Müraciəti təşkilatın sədri, tarixçi, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun  və Moskva Dövlət Linqvistik İnstitutunun müəllimi, geosiyasi problemlər Akademiyasının rəhbəri, Rusiya Müdafiə Nazirliyi beynəlxalq hərbi əməkdaşlıq Baş idarəsinin sabiq rəisi general- polkovnik Leonid İvaşov imzalayıb.
 
Moderator.az Rusiyanın Ukraynaya genişmiqyaslı müharibəsinin 4 ayının tamamında müraciətdə verilən proqnozun, demək olar ki, tamamilə özünü doğrultuğunu və aktualığını nəzərə alaraq, müraciət barədə icmalı oxucuların diqqətinə çatdıtır.
 
"Bu gün bəşəriyyət müharibə gözləntisini yaşayır. Müharibə isə labüd insan qurbanları, dağıntılar, böyük insan kütləsinin əzabları, vərdiş etdiyimiz həyat tərzinin məhv edilməsi, dövlətlərin və xalqların həyati əhəmiyyətli sistemlərinin sıradan çıxması deməkdir.
 
Böyük müharibə həm də böyük faciə, kiminsə ağır cinayəti deməkdir. Belə alınıb ki, Rusiya gözlənilən fəlakətin mərkəzindədir. Əvvəllər Rusiya (SSRİ) məcburi (ədalətli) müharibə aparıb, bir qayda olaraq, başqa çıxış yolu olmayıb, dövlətin və cəmiyyətin həyati əhəmiyyətli maraqları təhlükə altında olub.
 
Bəs bu gün Rusiyanın özünün mövcudluğuna təhlükə törədən nədir və varmı? İddia etmək olar ki, həqiqətən təhlükə göz önündədir- ölkə öz tarixinin başa çatması həddindədir. Bütün mühüm sahələr, o cümlədən demoqrafiya, əsaslı surətdə deqradasiyaya uğrayıb, əhalinin ölüm templəri dünya rekordu vurur. Və bu deqradasiya sistemli xarakter alıb, istənilən mürəkkəb sistemdə isə bir elementin sıradan çıxması bütün sistemin dağılmasına gətirib çıxara bilər", - müraciətdə belə deyilir.
 
Müraciət müəllifləri bunları Rusiyanın dövlətçiliyi üçün başlıca təhlükə hesab edib. 
 
"Lakin bu təhlükə daxili xarakter daşıyır, dövlətin modelindən, hakimiyyətin keyfiyyətindən və cəmiyyətin halından irəli gəlir. Və bunun formalaşmasının səbəbləri də daxili səbəblərdir: dövlət modelinin həyati qabiliyyətli olmaması, hakimiyyət və idarəetmə sisteminin qeyri- peşəkarlığı, cəmiyyətin passivliyi və mütəşəkkil olmamasıdır. Belə vəziyyətdə olan istənilən ölkə çox yaşaya bilməz".
 
Xarici təhlükələrin mövcudluğunu etiraf edərək, müraciət müəllifləri hesab edib ki,
"bunlar hazırki dönəmdə kritik deyil, Rusiya dövlətçiliyinə, onun həyati əhəmiyyətli maraqlarına birbaşa təhlükə törətmir. Ümumilikdə strateji sabitlik hökm sürür, nüvə silahı etibarlı nəzarət altındadır, NATO qüvvələrinin qruplaşmaları artırılmır, onlar təhlükə törədəcək aktivlik nümayiş etdirmir".
 
Müraciətdə göstərilir ki, "Ukrayna ətrafında gərginləşdirilən vəziyyət hər şeydən əvvəl bəzi daxili qüvvələr üçün, o cümlədən Rusiyanın daxili qüvvələri üçün süni, mənfəət xarakterlidir. SSRİ- nin dağılması nəticəsində Ukrayna müstəqil dövlətə çevrilib, BMT- nin üzvüdür, BMT Nizamnaməsinin 51- ci maddəsinə uyğun olaraq onun fərdi və kollektiv müdafiə hüququ var".
 
Müraciətdə ölkə rəhbərliyinin hərəkətləri tənqid edilib:
"Rusiya rəhbərliyi indiyədək DXR və LXR- in müstəqilliyi barədə referendumun nəticələrini tanımayıb, bu zaman rəsmi səviyyədə dəfələrlə, o cümlədən Minsk danışıqları prosesində bu ərazilərin və əhalinin  Ukraynaya məxsusluğunu vurğulayıb. Həmçinin dəfələrlə ən yüksək səviyyədə Kiyevlə normal münasibətlərin saxlanılması, bu zaman DXR və LXR- lə xüsusi münasibətləri qabartmamaq niyyəti ifadə edilib. Kiyev tərəfindən cənub- şərq vilayətlərində soyqırım törədilməsi məsələsi nə BMT, nə də ATƏT tərəfindən qaldırılmayıb.
 
Təbii ki, Ukraynanın Rusiyaya dost ölkə olaraq qalması üçün Rusiyanın dövlət modelinin və hakimiyyət sisteminin onun üçün cəzbedici olmasını nümayiş etdirmək lazım idi".
 
"Lakin Rusiya Federasiyası belə dövlət olmayıb, onun inkişaf modeli və beynəlxalq əməkdaşlıq mexanizmi praktiki olaraq bütün qonşularını və başqa dövlətləri ondan uzaqlaşdırır", - müraciətdə belə deyilir.
 
Üstəlik, "Rusiyanın Krımı və Sevastopolu əldə etməsi və beynəlxalq birlik tərəfindən bunun qəbul edilməməsi, deməli, Ukraynaya məxsus olduğunu tanıması Rusiyanın xarici siyasətinin iflasa uğramasını və daxili siyasətinin cəzbedici olmamasını inandırıcı şəkildə nümayiş etdirib".
 
Müraciətdə "ultimatum və təhdidlərlə" "Rusiyanı və onun rəhbərliyini sevməyə" yönələn cəhdlərin mənasız və son dərəcə təhlükəli olduğu bəyan edilib.
 
"Ukraynaya qarşı hərbi gücdən istifadə edilməsi:
 
- birincisi, Rusiyanın bir dövlət kimi mövcudluğunu sual altına qoyacaq; 
 
- ikincisi, ruslarla ukraynalıları ölümcül düşmənlərə çevirəcək;
 
- üçüncüsü, hər iki tərəfdən minlərlə (on minlərlə) gənc, sağlam oğlanların həlak olmasına gətirib çıxaracaq, bu da, heç şübhəsiz, gələcək demoqrafik vəziyyətə öz təsirini göstərəcək.
 
Döyüş meydanında Rusiya qoşunları təkcə aralarında rusların da olduğu ukraynalı hərbi qulluqçuları ilə deyil, həm də NATO ölkələrinin hərbi qulluqçuları və texnikası ilə toqquşmasına gətirib çıxaracaq, Alyansın üzv dövlətləri isə Rusiyaya müharibə elan etməyə məcbur olacaq", - müraciətdə deyilib.
 
Hakimiyyətin hərəkətləri ona gətirib çıxara bilər ki, "Rusiya sülhə və beynəlxalq təhlükəsizliyə təhlükə törədən ölkələr sırasına salınacaq, ağır sanksiyalara məruz qalacaq, beynəlxalq birliyin izqoy- dövlətinə çevriləcək, böyük ehtimalla müstəqil dövlət statusundan məhrum ediləcək".
 
"Prezident və hökumət, Müdafiə Nazirliyi belə nəticələri anlamaya bilməz, o qədər də axmaq deyillər", - müraciət müəllifləri bu qənaətə gəlib.
 
Onlar sual edib ki, "müharibə həddinədək gərginliyin artırılmasının və mümkün genişmiqyaslı hərbi əməliyyatların törədilməsinin gerçək səbəbləri nədir?"
Rusiya şərq sərhədlərini boş qoyaraq hərbi birləşmələri Ukrayna sərhəddinə toplayır".
 
Müəlliflər özləri bu suala cavab verib:
"Bizə elə gəlir ki, ölkə rəhbərliyi anlayır ki, ölkəni sistemli böhrandan çıxarmaq qabiliyətində deyil, bu da xalq üsyanına  və ölkədə hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər. Ona görə də oliqarxiyanın, korrupsiyaya bulaşmış məmurlar ordusunun, ələ alınan KİV-  lərin və güc strukturlarının dəstəyi ilə Rusiyanın dövlətçiliyini sonadək dağıtmaq, ölkənin köklü əhalisini məhv etmək, müharibədən "bir müddət də antimilli hakimiyyəti qoruyub saxlamaq və xalqdan oğurladıqları sərvəti saxlamaq" vəzifəsini həll etmək niyyətindədir. Bunu başqa cür izah etmək mümkün deyil".
 
"Biz, Rusiyanın zabitləri, ölkə prezidentindən cinayətkar müharibənin törədilməsinə yönələn təxribatçı siyasətdən əl çəkməyə çağırırıq, bu müharibədə Rusiya Federasiyası Qərbin birləşmiş qüvvələri qarşısında təklənəcək.
Biz prezidentdən RF Konstitusiyasının 3- cü maddəsinin praktikada gerçəkləşməsi üçün şərait yaratmağa və istefa verməyə çağırış edirik.
 
Biz ehtiyatda və istefada olan hərbi qulluqçulara, Rusiya vətəndaşlarına müraciət edərək sayıqlıq, mütəşəkkillik göstərməyə, Ümumrusiya zabitlər toplantısının tələblərinə dəstək verməyə, müharibə təbliğatı və onun törədilməsinə qarşı çıxmağa, hərbi güc tətbiq etməklə vətəndaş qarşıdurmasına yol verməməyə çağırış edirik", - müraciət bu sözlərlə bitib.
 
Leonid İvaşov həmişə Rusiya cəmiyyətində "milliyətçi- vətənpərvər" qanadın nümayəndəsi mövqeyində olub.
2022- cii ilin aprelində tanınmış rusiyalı publisist Andrey Piontkovski Rusiya qoşunlarının Kiyedən geri çəkilməsini Moskvanın məğlubiyyəti kimi dəyərləndirib.
O, Rusiya prezidentinin "bunkerində" olan vəziyyəti  1941- ci ildə SSRİ- nin biabırçı şəkildə darmadağın olunması ilə müqayisə edib, Xodarenokun xəbərdarlığını xatırladıb.
 
"Hərbi mühitdən Putini tənqidçiləri Ukraynanın dostları deyil, onlar da elə rus imperialistləridir. Lakin Putindən fərqli olaraq, onlar hərbi işin peşəkarlarıdır. Onlar Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin məhvedici və intihara bərabər olmasını yaxşı anlayır", - Piontkovski qeyd edib.
 
Moderator.az
Tarix: 20-05-2022, 22:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}