"Rusiya ordusu öz hərbi texnikasını talayır: Detalları içkiyə dəyişirlər"

"Rusiya ordusu öz hərbi texnikasını talayır: Detalları içkiyə dəyişirlər"T-90 tankı

Təmir üçün Rusiya Federasiyası ərazisinə göndərilən hərbi texnikanı Rusiya ordusu özü talayır. Bu səbəbdən Rusiya hərbi texnikası metal qırıntılarına çevrilir və onları artıq bərpa etmək mümkün deyil.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
Qeyd edilir ki, Rusiya ordu sənayesinin "həqiqi nümayəndələri" avadanlıqlardan oğurlanmış ehtiyat hissələri ilə aktiv şəkildə alver edirlər. Kəşfiyyat məlumatlarına görə, işğalçılar Ukrayna müdafiəçiləri tərəfindən sıradan çıxarılan Rusiya tanklarını, zirehli transportyorlarını və piyada döyüş maşınlarını oğurlayırlar.
“Cəsur” Rusiya əsgərləri ehtiyat hissələrini, akkumulyatorları və silah idarəetmə bloklarını texnikadan çıxararaq onları satmağa və ya spirtli içkiyə dəyişməyə çalışırlar”,- deyə kəşfiyyat xidməti bildirib.
Oğurluqların miqyasını və bölmələrin döyüşə hazır texnika ilə təchiz olunmasının kritik səviyyəsini nəzərə alaraq Rusiyanın Cənub Hərbi Dairəsinin qoşunlarının komandiri texnikanın oğurlanması halları ilə bağlı təcili araşdırmaların aparılmasına göstəriş verib. Bununla yanaşı, sıradan çıxarımış avadanlıqların təhlükəsizliyini ikiqat artırıb.
Kəşfiyyatın məlumatına görə, Putin ordusunun hərbçiləri o qədər azğınlaşıblar ki, Ukraynanın müvəqqəti işğal olunmuş şəhər və kəndlərində ardıcıl olaraq hər şeyi, hətta soyuducu maqnitlərini belə oğurlayırlar.
Bir müddət əvvəl isə qeyd eidlirdi ki, Zaporojye vilayətinin Melitopol rayonunda işğalçılar payızlıq buğdanın ilk məhsulunu oğurlayırlar. Oğurlanan məhsul Krıma aparılır və oradan Rusiyaya daşınır.
Qeyd edək ki, Rusiya ordusunda korrupsiya ciddi problemdir. Bir çox ekspertlərin fikrincə, hazırda Rusiyanın yaşadığı hərbi rüsvayçılığın başlıca səbəbi də elə orduya ayrılan pulların oğurlanmasıdır. İllər boyunca Rusiya ordusunun gücü barədə əfsanələr danışılsa da, Ukraynaya qarşı müharibə Rusiyanın hərbi cəhətdən nə dərəcədə zəif olduğunu ortaya çıxardı. Elə bu səbəbdən də Putin dünyanı nüvə silahı ilə hədələməyə başladı. Hazırda da Ukraynaya silah verilməsinin qarşısını almaq üçün Kremlin media qurumları zaman-zaman müxtəlif Avropa şəhərlərini nüvə silahı ilə vuracaqları barədə hədələr səsləndirirlər.
Tarix: 22-06-2022, 18:28
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}